"İstəsək, xarici dövlət borcunu bir gün ərzində sıfırlaya bilərik"


"Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik”.

Bunu martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi zamanı Prezident İlham Əliyev deyib.
“Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Bizim siyasətimiz isə ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etmək, əlbəttə ki, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək, - bu, böyük ərazidir, 10 min kvadrat kilometrdən çox bir ərazidir, - və eyni zamanda, ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir. Bu, aksiomadır ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, birinci şərtdir, bu, əsas şərtdir. Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır.
Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır. Hesab edirəm ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik”, - deyə Prezident İlham Əliyev çıxışında bildirib.

15-03-2022, 15:13 178

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106