Paşinyan Qarabağ ermənilərinə söz verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ erməniləri ilə ictimai müzakirələr aparılmadan Azərbaycanla hər hansı sənəd imzalanacağını istisna edib.
 
N.Paşinyan bu barədə aprelin 22-də hökumətin iclasında çıxışı zamanı bildirib.
 
Baş nazir deyib ki, erməni xalqının arxasından Qarabağın taleyini həll etməyəcəyinə dəmir zəmanət verir.
 
Nikol Paşinyanın sözlərinə görə, ölkə hakimiyyəti Azərbaycanla danışıqların təfərrüatlarını xalqdan gizlətməyib.

Onun sözlərinə görə, hazırda Ermənistan cəmiyyəti Azərbaycanla danışıqların predmeti olan bütün sənədlərin, o cümlədən rəsmi Bakının təqdim etdiyi 5 bəndlik sülh paketinin məzmunu ilə tanışdır.

"Biz diplomatik dövlətlərarası münasibətlərin etikası imkan verdiyi qədər bu kursumuzu davam etdirəcəyik", - baş nazir bildirib.

Nikol Paşinyan müxalifəti onunla Qarabağ məsələsi barədə müzakirə aparmamaqda ittiham edib.
Paşinyanın sözlərinə görə, müxalifət onu əsassız olaraq Qarabağı təslim etməkdə günahlandırır.
Baş nazir bildirib ki, danışıqlar masasında Qarabağın yekun nizamlanmasına dair heç bir layihə yoxdur.
 
Xatırladaq ki, aprelin 6-da Brüsseldə keçirilən danışıqlarda Ermənistan və Azərbaycan liderləri aprelin sonunadək sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Söhbət ikitərəfli komissiyadan - sərhəd məsələlərini həll etmək və İrəvanla Bakı arasında sülh danışıqlarına başlamaq üçün işçi qrupdan gedir.


22-04-2022, 17:30 334

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106