Ceyhun Bayramovla Lavrovun görüşünün detalları açıqlandı - YENİLƏNİB

24 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şəhidlər Xiyabanını ziyarət edərək, “Əbədi Məşəl” abidəsinin qarşısına əklil qoyub.
XİN-in Mətbuat xidməti idarəsindən Sumqayit.tv-yə verilən xəbərə görə, daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş baş tutub.
Nazir Ceyhun Bayramov və nazir Sergey Lavrov arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.
Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində Azərbaycanlı həmkarı ilə indiyədək 4 görüşün keçirildiyini bildirən Sergey Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. Cari ildə qeyd edilən 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığı və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib.
Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.
Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

24-06-2022, 16:26 156

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106