Ayaz Mütəllibov: “Putinin İlham Əliyevə bunu bildirməsi xüsusi diqqətçəkən məqamlardan biri oldu..”

“Putinin İlham Əliyevə bunu bildirməsi xüsusi diqqətçəkən məqamlardan biri oldu...”

"Ümid edirik ki, Rusiyanın sülhməramlı kontingenti bu yaxınlarda, ən azı,  qanunsuz erməni silahlı birləşmələrinin ərazimizdən çıxarılmasını təmin edəcəkdir..." 
 
“Bundan sonrakı əsas vəzifəmiz isə sağ qalan məcburi köçkünlərimizin və onların nəsillərinin Qarabağa, Şərqi Zəngəzura  Böyük Qayıdışını və  daimi məskunlaşmasını təmin etməkdir...”
 
“Düşmən güclərə adekvat müqavimət göstərmək və yerdə qalan vacib problemlərimizi həll etmək üçün, 44 günlük müharibədə olduğu kimi,  ümummilli birliyimizi daha mütəşəkkil formada təmin etməliyik...”
 
“Azərbaycanın  dövlət başçısı İlham Əliyevin Rusiya paytaxtında həmkarı Vladimir Putinlə növbəti görüşü dövlətimizin 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Qarabağın yuxarı hissəsində və Zəngəzurda natamam qalmış işlərini yaxın müddətdə tamamlaya biləcəyinə müəyyən ümidlər yaradır. Təbii ki, görüşün mediaya qapalı hissəsində Ermənistan sərhədindəki və Yuxarı Qarabağdakı vəziyyət barədə daha ciddi müzakirələr olub”.
Sumqayit.tv xəbər verir ki,  Moderator.az-a açıqlamasında Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov ifadə edib. 
 
“Rusiya liderinin "Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsilə bağlı kompromis qərarlar tapdığı" üçün İlham Əliyevə təşəkkür bildirməsi xüsusi diqqətçəkən məqamlardan biri oldu. Bəli, Putin də,  Kremldəki digər rəhbər şəxslər də Azərbaycanın nəinki 10 Noyabr  üçtərəfli razılaşmasından keçən 8-9 ayda, eləcə də ondan əvvəlki, torpaqlarının 30 illik işğalı dövründə də Ermənistana və Qarabağdakı separatçı rejimə kifayət qədər güzəştlərə getdiyini gözəl bilirlər.  Həmin müddət ərzində Azərbaycanın işğal altındakı rayonlarımızdan, o cümlədən Qarabağdan, Xankəndindən, Xocalıdan  olan on minlərlə  vətəndaşı doğma   yurdlarının həsrəti ilə dünyalarını dəyişiblər. Artıq ermənilər tərəfindən o yurdlardan məcburi köçürülmüş insanların nəvələri, nəticələri dünyaya gəlib. Çox şükür ki, dövlət başçısının siyasəti, şəhid və qazilərimizin canı-qanı hesabına torpaqlarımızın xeyli hissəsi işğaldan azad olundu.  Bundan sonrakı əsas vəzifəmiz isə sağ qalan məcburi köçkünlərimizin və onların övladlarının, nəsillərinin Qarabağa, Şərqi Zəngəzura  Böyük Qayıdışını və daimi məskunlaşmasını təmin etməkdir. Əslində bu işdə 30 ildir sülhdən, sabitlikdən dəm vuran həmsədr ölkələr də fəallıq göstərməlidir. Təəssüf ki, xarici diplomatların son Şuşa səfərində onların məsələyə əsl münasibətini gördük. Amma yenə də ümid edirik ki, ABŞ və Fransadan fərqli olaraq son  razılaşmalarda vasitəçi və qarant kimi iştirak etmiş  Rusiya daha konstruktiv mövqe tutacaq və cənab Putinin dediyi kimi, Azərbaycan tərəfinin son dövrdə getdiyi kompromis və güzəştləri də nəzərə alacaqdır. Həmin güzəştlərdən biri də, yəqin ki, 10 Noyabr razılaşmasından keçən dövr ərzində Azərbaycan tərəfinin Qarabağda, eləcə də Laçın dəhlizi ərazisində qalan və son həftələr atəşkəsin mütəmadi pozulmasına şərait yaradan  erməni silahlı birləşmələrinin mövcudluğuna dözməsidir. Halbuki, razılaşmanın müvafiq bəndinə əsasən həmin silahlılar sülhməramlıların olduğu ərazilərdən çıxarılmalıydı. Ümid edirik ki, Rusiyanın sülhməramlı kontingenti bu yaxınlarda ən azı, həmin qanunsuz silahlı birləşmələrin ərazimizdən çıxarılmasını təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması da Rusiyanın özü üçün prioritet məsələlələrdən olmalıdır. Bunun üçün isə sərhədlərin delimitasiya və demarkasiya məsələləri də tez bir zamanda həllini tapmalıdır” – deyə eks-prezident bildirib.
 
“Onu da bir  daha vurğulamaq lazımdır ki, daim təxribatları gözlənilən düşmən güclərə adekvat müqavimət göstərmək  və Qarabağda, Zəngəzurda, eləcə də ölkə daxilində yerdə qalan vacib problemlərimizi həll etmək üçün 44 günlük müharibədə olduğu kimi, bu gün də, bundan sonra da dövlət-xalq, dövlət-ordu-xalq  ümummilli birliyini daha mütəşəkkil formada təmin etməliyik. Son Qarabağ müharibəsi də sübut etdi ki, biz bir olanda ağlagəlməz işlərin də öhdəsindən gələ bilirik” - deyə  sabiq dövlət başçısı vurğulayıb

23-07-2021, 12:15 280

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106