Rusiya vətəndaşlarının bu ölkəyə girişi qadağan edildi

Estoniya hökuməti Rusiya vətəndaşlarına viza verilməsini məhdudlaşdıran və ölkəyə daxil olmasını qadağan edən sanksiyanı təsdiqləyib.

Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, Estoniya tərəfindən Şengen vizası verilmiş və səfər məqsədi turizm, biznes, idman və ya mədəniyyət məqsədi daşıyan Rusiya vətəndaşı avqust ayının 18-dən sonra Narva, Luhamaa və ya Koydula sərhəd-keçid məntəqələrindən Estoniyaya daxil ola bilməyəcək.

Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri, habelə beynəlxalq daşımalarla məşğul olan və ya Aİ qanunvericiliyinə əsasən sərbəst hərəkət etmək hüququ olan şəxslər sanksiyalara məruz qalmayacaq.

Məhdudiyyətlər Estoniyaya girişi humanitar səbəblərə görə zəruri olan şəxslərə, respublika vətəndaşlarının yaxın qohumlarına və ya Estoniyada daimi yaşamaq icazəsi olanlara şamil edilməyəcək.

Başqa bir Şengen ölkəsi tərəfindən viza verilmiş və ya artıq Şengen zonasında olan Rusiya vətəndaşları Estoniyaya daxil ola bilərlər. Ölkəyə girişin qanuniliyi polis və Sərhəd Mühafizəsi İdarəsi tərəfindən yoxlanılacaq.

2022-ci il iyulun 30-da rusiyalı tələbələrə qarşı tətbiq edilən sanksiya dəyişdirilib. Rusiyadan təhsilini vaxtında başa vura bilməyən tələbələr, istisna olaraq, burada təhsillərini başa vurmaq üçün yaşayış icazələrinin bir il müddətinə uzadılması üçün müraciət edə bilərlər.



13-08-2022, 07:40 202

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106