"Biz yeni Çernobıl yaşamaq istəmirik”, - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Lvov şəhərində qatıldığı üçtərəfli zirvə toplantısından sonra birgə mətbuat konfransında açıqlama verib.

Sumqayit.tv xəbər verir ki, o, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.


“Cənab Zelenski ilə bugünkü ikitərəfli görüşlərdə biz ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətləri bütün ölçülərdə qiymətləndirdik. Təbii ki, 6 aya yaxındır davam edən müharibə danışıqlarımızın əsas mövzusu olub.

Bu münasibətlə biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladıq. Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən toqquşmalardan narahat olduğumuzu bildirdik. Biz yeni Çernobıl yaşamaq istəmirik”, - deyə Ərdoğan bəyan edib.

Dövlət başçısı üçtərəfli görüşün təfərrüatlarını da açıqlayıb.

“BMT-nin baş katibi cənab Quterssenin iştirakı ilə keçirdiyimiz üçtərəfli görüşün mövzusu müharibəni necə bitirmək idi.

Bildiyiniz kimi, biz BMT-Ukrayna-Rusiya və Türkiyə olaraq cəmi bir ay əvvəl tarixi bir uğura imza atdıq. Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracını mümkün edən İstanbul sazişinin müsbət təsirini təkcə Ukrayna deyil, bütün dünya hiss etməyə başladı. Razılaşmanın əldə edildiyi avqustun 1-dən biz ümumilikdə 25 gəmi ilə təxminən 625 min ton Ukrayna taxılını dünya bazarına daşıyıb çıxarmışıq. Bugünkü təmaslarımızda biz mövcud mexanizmin fəaliyyətinin artırılması üçün atıla biləcək addımlar üzərində dayandıq.

Üçtərəfli görüşümüzdə İstanbul Konsensusunun yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarını da dəyərləndirdik. Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğuna diqqət çəkdik. Şəxsən mən müharibənin son nəticədə danışıqlar masası arxasında bitəcəyinə inanıram. Əslində, cənab Zelenski və Quteress bu məsələdə həmfikirdirlər. Bütün məsələ danışıqlar masasına aparan ən qısa və ədalətli yolu müəyyən etməkdir. Hesab edirəm ki, martda İstanbulda formalaşan parametrlər əsasında danışıqları canlandırmaq mümkündür. Bu məqsədə çatmaq üçün hər cür dəstəyi göstərmək üçün yenidən vasitəçi rolunu oynamağa hazırıq.

Təbii ki, görüşümüzdə hərbi əsirlərin mübadiləsini və bununla bağlı təşəbbüslərimizi müzakirə etdik və bildirmək istərdim ki, biz bu məsələyə böyük əhəmiyyət veririk.

Biz cənab Putin və Rusiya tərəfi ilə bu gün keçirdiyimiz bütün görüşlərin nəticəsini dəyərləndirməyə davam edəcəyik” , - deyə Ərdoğan qeyd edib.

18-08-2022, 23:15 186

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106