Sumqayıtda bu bağçada çalışan tərbiyəçilərin əmək haqqı kəsilib? - AÇIQLAMA


Sumqayıt şəhər 65 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçiləri Sevda Nəzərli, Validə Muradlı və Elmira İbadova  işlədikləri uşaq bağçasında əmək haqlarının kəsildiyini iddia edirlər.

Xeberle.com-a müraciət edən tərbiyəçilər bununla bağlı müvafiq orqanlara, o cümlədən Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etdiklərini və verilən cavabın şikayətlə uyğun gəlmədiyini deyirlər.
Məsələyə aydınlıq gətirmək üçün Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən Xeberle.com-a bildirilbi ki,  qurumun tabeliyində olan Sumqayıt şəhər 65 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçiləri Nəzərli Sevda Fikrət qızı, Muradlı Validə Əvəz qızı, İbadova Elmira İsmayıl qızının sosial şəbəkələrdə paylaşdığı videogörüntülərlə bağlı məlumat daxil olub, araşdırma aparılıb: "Məlumat üçün qeyd edirik ki, 2004-cü il tarixinə kimi sözügedən uşaq bağçası 12 saatlıq iş rejimi ilə fəaliyyət göstərmişdir. Lakin sonradan Sumqayıt şəhər 65 saylı körpələr evi-uşaq bağçası daxil olmaqla, Sumqayıt şəhərində yerləşən bir neçə məktəbəqədər təhsil müəssisəsində ştat vahidində dəyişiklik edilmiş və iş saatı 10.5 saatlıq rejiminə keçirilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” 29 may 1996-cı il 61 saylı qərarı əsasən 5 günlük iş həftəsində 10.5 saatlıq iş qrafiki ilə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsində 1.55 ştat vahidi tərbiyəçi nəzərdə tutulmuşdur. 
Bu günə qədər iş stajlarının çox olması nəzərə alaraq, həmçinin məzuniyyətdə olan tərbiyəçilərin əvəz edilməsi hesabına Nəzərli Sevda Fikrət qızı, İbadova Elmira İsmayıl qızı və Muradlı Validə Əvəz qızına 1.0 stavka üzrə əmək haqqı ödənilmişdir.
Qeyd etmək istərdik ki, Sumqayıt şəhər 65 saylı körpələr evi-uşaq bağçasının müdiri izahatında həmin şəxsin əvvələr də dəfələrlə bu şəkildə videolar çəkərək sosial şəbəkələrdə yerləşdirdiyini və müxtəlif qurumlara heç bir hüquqi əsası olmayan şikayət məktubları yazdığını bildirmişdir".

21-09-2022, 14:00 705

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106