Sumqayıt şəhidliyində 515 şəhid uyuyur


Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və qazilər, iş adamları iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, Mərkəz ötən dövr ərzində məşğulluğun təmin olunması istiqamətində ciddi addımlar atılıb, müsbət nəticələr əldə olunub.  Bir sıra problemlər aradan qaldırılıb
Gündüz Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Sumqayıt şəhər Şəhidlər Xiyabanında 515 şəhid dəfn olunub ki, onlardan 407-si 1-ci Qarabağ müharibəsi, 106-sı 2-ci Qarabağ müharibəsi, 2-si isə son günlər erməni təxribatı nəticəsində həlak olan hərbiçilərimizdir. Əlavə olaraq şəhərimizin 8 nəfər şəhidi isə Respublikanın digər rayonlarında və II Fəxri xiyabanda dəfn olunub. Şəhidlər Xiyabanı əsaslı təmir edilərək qalib əsgərin abidəsi ucaldılmışdır. 3 orta məktəbə Milli və Vətən müharibəsi qəhrəmanlarının adı verilmişdir. Polad Həşimovun adını daşıyan 28 saylı orta məktəbdə büstü qoyulmuş və muzeyi yaradılmışdır. Ümumilikdə 38 şəhidin adına küçə verilib.
Gündüz Əliyev bildirib ki, şəhərdə 1-ci Qarabağ Müharibəsi zamanı 1000-ə yaxın, Vətən müharibəsi zamanı isə 200-ə yaxın hərbiçimiz müxtəlif əlillik dərəcəsi almışdır. Hər bir şəhid ailəsinə birdəfəlik maddi vəsait və ərzaq yardımı olunmuşdur. Belə ki, bu tədbirlərin keçirilməsinə cəmi 670700 manat vəsait xərclənmişdir. 2021-ci ilin yanvar ayından bu günə kimi şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bayramlarda, əlamətdar günlərdə və özlərinin müraciəti əsasında 345100 manat məbləğində ərzaq yardımı və 389600 manat maddi yardım verilib.
Vurğulanıb ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən son illər 618 nəfər şəhid ailəsi və qazi uçota götürülüb. Onlardan 385 nəfər yeni mənzillə təmin olunub. Ötən dövr ərzində 233 şəhid ailəsi və qazi işlə təmin olunub. Tam fiziki hərəkətləri məhdud olan 27 qazimiz Əlaqələndirmə Mərkəzi tərəfindən himayəyə götürülüb. Sumqayıt şəhidləri haqqında 600 səhifəlik "Seçilmişlər” adlı kitab nəşr olunaraq təqdimatı keçirilib.
Tədbirdə şəhid ailələrinə və qazilərimizə bundan sonra da xüsusi həssaslıqla yanaşmanın vacibliyi vurğulanıb. Əlaqələndirmə Mərkəzinin gələcək fəaliyyəti və mövcud problemlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb

3-10-2022, 15:13 209

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106