Emil Əliyevin və Teymur Əzizovun anım günü keçrilib


Bugün daha iki şəhidimizin anım günü keçirilib. Sumqayit.tv xəbər verir ki, şəhidlərimiz Əliyev Emil Əziz oğlu və Əzizov Teymur Əli oğlunun anım mərasimi keçirilib. Şəhidimiz Əliyev Emilin anım günündə şəhidin ailəsi, yaxınları, qohumları, İcra hakimiyyətinin nümayəndələri, Sumqayıt şəhər Ucuz marketlər şəbəkəsinin kollektivi, şəhidin valideynlərinin iş kollektivi, şəhidlərin əsgər yoldaşları, qazilər və şəhid ailələri iştirak edib. Digər igidimiz Əzizov Teymurun anım gününə isə şəhidin ailəsi, yaxınları, qohumlar, İcra hakimiyyəti nümayəndələri və şəhid ailələri qatılıb.

Emil Əliyev 1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olub. O, ən son Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən Ən Ucuz Göyçay marketdə müdir müavini vəzifəsində çalışıb. Şəhidimiz 2020-ci il, sentyabrın 21-i Səfərbərlik tərəfindən könüllü hərbi xidmətə çağrılıb. 27 sentyabr 2020-ci il tarixində isə, İkinci Qarabağ Müharibəsinin iştrakçısı olub. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev, ən son 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərmiş və şəhidlik zirvəsinə ucalmışdır.

Teymur Əzizov 1987-ci il iyunun 22-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Teymur Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. 
Ruhunuz şad olsun, Azərbaycan oğulları!










6-10-2022, 18:18 372

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106