Sumqayıtda texniki-peşə təhsilinin təbliğinə dair seminar keçilib


Sumqayıt şəhəri 21 saylı orta məktəbində yuxarı sinif şagirdlərinə əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə dair seminar keçirilib.
Sumqayit.tv xəbər verir ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi "Əmək bazarının gücləndirilməsi üçün Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində texniki-peşə təhsilinin təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində yuxarı sinif şagirdlərinə əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə dair seminar keçilib. Tədbiri Birliyin sədri Sahib Fərzəliyev açaraq qeyd etdi ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhərində və Sumqayıt ətrafı qəsəbələrdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair dövlət siyasətinin dəstəklənməsinə xidmət edən maarifləndirmə işinin təşkilidir.
Layihə çərçivəsində yuxarı sinif şagirdləri arasında texniki-peşə təhsilinin təbliği ilə bağlı seminar oktyabr ayının 15-də Sumqayıt şəhər 21 saylı orta məktəbində təşkil edilib. Fakultativ məşğələni Birliyin təlimçisi Rauf Əliyev aparıb. Məktəbin yuxarı sinif şagirdlərindən 30 nəfər təlimdə iştirak edib.
Aparılan seminarda yuxarı sinif şagirdlərinə respublikamızda texniki peşə hazırlığının mövcud vəziyyəti, texniki-peşə hazırlığında dövlət siyasəti, texniki-peşə ixtisaslı kadrlarının rolu, mövcud texniki peşələrin namenklaturası, əmək bazarında texniki-peşə təhsili kadrlara olan tələbat, texniki-peşə təhsilli kadrların üstünlükləri, texniki-peşə təhsilli kadrların biznes qurmaq imkanları, peşə təhsilinin sosial–iqtisadi inkişafda və yoxsulluğun azaldılmasında rolu və s. digər məsələlər ilə bağlı maarifləndirmə işi aparılıb. Seminarlar interaktiv üsulla həyata keçirilib. Seminar zamanı iştirakçılar mövzu ilə bağlı onları maraqlandıran suallarla təlimçiyə müraciət edib.Müzakirə olunan texniki-peşə təhsili ıməsələləri iştirakçıların böyük marağına səbəb olub.
Seminar interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, texniki-peşə təhsili ilə ilə bağlı bilgilərini və rəylərini sərbəst ifadə ediblər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Seminarın sonunda iştirakçıların rəy və təklifləri dinlənilib.
Bu tədbirlərin orta ümumtəhsil müəsissələrinin aşağı sinif şagirdləri arasında aparılması daha məqsədəuyğun hesab edilir. Beləki, əmək bazarında texniki-peşə təhsilli kadrlara olan tələbat, texniki peşə təhsilinin üstünlükləri, texniki-peşə təhsilli kadrların biznes qurmaq imkanları kimi biliklər əldə edilməsi uşaqlarda gələcək koryeralarının qurulmasında və peşə seçimində kömək olacaqdır. Layihə əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğiniə dair tədbirlərə həsr olunduğundan layihənin təsiri tədricən hiss olunacaq.
Uşaqların texniki-peşə təhsilinə təşviqi məsələsi sosial-iqtisadi inkişafda böyük ictimai əhəmiyyət kəsb edir.
Respublikamızin inkişaf edən bütün sahəsində müasir bilik və bacarıqlara yiyələnmiş ixtisaslı texniki-teşə təhsilli kadr ehtiyyatının yaradılması artıq bir zərurətə çevrilmişdir. Ona görədə orta məktəbin yuxarı sinif şagirdləri arasında texniki-peşə təhsili ilə bağlı maarifləndirmə işinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Dünya praktikasında orta məktəb məzunlarının 30-40% texniki peşə məktəblərində təhsillərini davam etdirərək, ixtisas qazanır və öz əmək karyeralarının əsasını qoyurlar. Lakin bu ölkəmizdə 10%-ə qədərdir.
İctimai həyatın bütün sahələrində problemlərin həlli, xüsusən böyüməkdə olan gənc nəslin ixtisas qazanması üçün müasir tələblərə cavab verən peşə təhsilinin mənimsənilməsi, işsizliyin azaldılmasına və əmək bazarında kadr potensialının güclənməsinə gətirib çıxarır.
Birliyin uzun illərdir bu istiqamətdə gördüyü işlər onu göstərir ki, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında texniki-peşə təhsili ilə bağlı aparılan maarifləndirmə işlərinə daha çox ehtiyac var və bu maarifləndirmə işinin səmərəsi daha çox olacaqdır.
Qeyd edək ki, Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılm, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınıb. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 35 layihə icra edib.
Sumqayıtda texniki-peşə təhsilinin təbliğinə dair seminar keçirilib - FOTO
 
Sumqayıtda texniki-peşə təhsilinin təbliğinə dair seminar keçirilib - FOTO
 
Sumqayıtda texniki-peşə təhsilinin təbliğinə dair seminar keçirilib - FOTO

16-10-2022, 18:47 186

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106