SDU-da “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib


Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz.

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.
Dövlət müstəqilliyimizin 31-ci ildönümü ilə əlqədar olaraq oktyabrın 18-də Sumqayıt Dövlət Universitetində elmi-nəzəri konfrans keçirildi.
Konfransı giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və əlamətdar tarixi hadisənin, Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsinin 31-ci ildönümü münasibəti ilə  hər kəsi  təbrik etdi, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illərdir yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Lakin Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməzetdi. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu Prezident cənab İlham Əliyev yerinə yetirdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Sonra Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyin bərpası” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Dövlət müstəqilliyinin bərpasından ötən 31 il ərzində xalqımız böyük və misilsiz inkişaf yolu keçib. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir. Məruzə ətrafında Azərbaycan və Şərqi Avropa xalqları tarixi  kafedrasının dosenti Əmirxan İsayev "Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədiləşdirdi”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Fəridə Cəbrayılova "Müstəqilliyimizin möhkəmləndirilməsi İlham Əliyevin siyasətinin ali məqsədidir”, Tarix və coğrafiya fakültəsinin magistrantı Anar Qurbanov  "Müstəqilliyimizin qorunmasında gənclərimizin rolu” mövzularında çıxış etdilər.
Yekun olaraq universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək bildirdi ki, 18 oktyabr – "Müstəqilliyin Bərpası Günü” hər birimiz üçün qürur və iftixar dolu bir gündür. Otuz bir illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir.
Qeyd edək ki, universitetin bütün fakültələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbirlər təşkil olunur.



19-10-2022, 16:30 202

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106