Sumqayıt yaxınlığında türk tayfalarının izi...



Tarix boyu insanlarımız su qıtlığından əziyyət çəkdikləri üçün ovdanlardan istifadə ediblər. Həmin su quyuları və ovdanlar əslinə qalsa, tarixi abidələrimiz hesab olunur.

Uzun illər istifadə olunan ovdanlar sonradan torpaq altında qaldıqları üçün üstü bağlanıb və insanlar tərəfindən unudulub.
Tarixən ovdanlar həm içməli suyun saxlanması, həm də təbii soyutma üçün istifadə olunub. Ovdanların su mənbəsi yeraltı torpaq və yağış sularıdır. Əsrlər əvvəl onlar su ehtiyatları baxımından böyük əhəmiyyət kəsb edirdisə, indiki vaxtda ovdanlardan o qədər də istifadə olunmur və onlar baxımsız vəziyyətdə qalıb.
Belə ovdanlardan biri Sumqayıtın Yaşma bağları ərazisində yerləşən ovdandır. Ovdan bu yaxınlarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
Üz tutduq ovdanın yerləşdiyi əraziyə. Ovdan yaşayış məntəqəsindən bir qədər aralıda, düzənlik ərazidə yerləşir.
Ovdan iki hissədən ibarətdir. Giriş hissəsi aşkara çıxarılsa da, daxilində araşdırma aparmaq üçün kifayət qədər maraqlı məqamlar var. Ovdan 10 pilləkəndən ibarətdir.
Ovdanın ətrafında çoxsaylı saxsı fraqmentlərinə rast gəlinir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov bildirib ki, ovdan uzun illər istfadə olunub və orta əsrlərə aid olduğu ehtimal edilir: "Araşdırmalarımız nəticəsində bu ərazidə ovdan aşkarladıq. Eyni ilə bu ovdandan Xızı rayonunun Şurabad qəsəbəsində də var. Lakin Yaşmada yerləşən ovdanın özəlliyi, onun üzərində Qobustan, Səngəçal, Hacıqəbul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi Türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində Salur damğasına rast gəlinir. Burada 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə abidənin üzərində altıyadək damğa mövcuddur. Buradakı damğalar Şimali Qafqazda tapılan damğalarla 70 faizə yaxın uyğunluq təşkil edir”.
S. Qurbanov onu da bildirib ki, ovdanın ətrafı bəzi işbaz "qızıl axtaranlar” tərəfindən də qanunsuz qazıntı işlərinə məruz qalıb.
İdarə rəisi qeyd edib ki, bunula bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Minayə Feyzullayeva isə bildirib ki, ərazidə ovdanın mövcudluğu yaxınlıqda yaşayış məntəqəsinin olmasından, eləcə də vaxtilə karvansaranın mövcudluğundan xəbər verir: "Ovdanın ətrafından saxsı fraqmentlərin tapılması, qədim daşların mövcud olması ərazinin karvan yolu üzərində yerləşdiyini deməyə əsas verir. Böyük ehtimal ki, burada karvansara yerləşib, karvansarada gecələyənlər ovdandan istifadə ediblər”.
Qeyd edək ki, ərazidə aşkar olunan ovdanın tarixi və xüsusiyyətləri ilə bağlı daha geniş arxeoloji təqdiqatlara ehtiyac var.
İdarə rəisi onu da bildirdi ki, yaxın vaxtlarda arxeoloqların iştirakı ilə ərazidə geniş tədqiqat işlərinin aparılması nəzərdə tutulur.(apa.az)
Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ - FOTO
Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ - FOTO
Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ - FOTO
Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ - FOTO
Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ - FOTO
Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ - FOTO
Sumqayıt yaxınlığında türk tayfalarının izi... - REPORTAJ - FOTO



14-11-2022, 16:17 219

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106