Sumqayıtda özünü "qazi" kimi təqdim edən dələduz kirayə qaldığı evi satışa çıxardı

Sumqayıtda qeyri-adi dələduzluq hadisəsi olub.
Sumqayıt.tv lent.az-a istinadən xəbər verir ki, hadisə "Stansiya Sumqayıt” adlanan ərazidə baş verib. Xaçmaz rayon sakini olduğu deyilən Əfqan Məmmədov özünü Vətən müharibəsi qazisi kimi təqdim edərək, Sumqayıt sakini Akif Bayramovun evində kirayədə qalıb. Bu zaman o, dələduzluq planlarını həyata keçirib.
Hadisə ilə bağlı A. Bayramov özü danışıb. Onun sözlərinə görə, kirayəşin evdə nə var, nə yox hamısını satıb:

"Təxminən 40-45 yaşlarında olan kişi özünü Vətən müharibəsi qazisi kimi təqdim edib evimdə kirayədə qaldı. Qazi olduğuna inanıb pul da almadım. Hadisələr dekabrın ortaları baş verib. Kirayəşinim adı Əfqandır. Xaçmaz rayonundan olduğunu demişdi. Deyirdi ki, Suqovuşanda döyüşüb, iki medal alıb. Biz də qazi olduğunu dediyi üçün rahatlıqla evimizi kirayəyə verdik. Yanında 25 yaşlarında bir qız da vardı. Əfqan evimin həyətindəki köhnə "Zaporodjets” markalı avtomobili kəsib-doğrayıb satıb. Həyətdəki dəmir kanalizasiya borularını, pəncərələrin karnizini, hamamdakı əşyaları götürüb satıb. Evimi də satışa qoyub. Kirayəşinim özünü ev sahibi kimi təqdim edərək, evi satdığı adamdan 1700 manat da beh alıb. İndi onunla əlaqə saxlamaq mümkün deyil, yoxa çıxıb”.
Zərərçəkmiş başına gələnlərlə bağlı polisə üz tutub. Polis Şöbəsində Əfqanın elə dələduz olduğu və bundan əvvəl 2-3 dəfə də anoloji əməllər etdiyi bildirilib.
Hazırda polis tərəfindən araşdırmalar aparılır.

20-12-2022, 20:43 120

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106