Qonşusu ilə mübahisə etdi, evdən bıçaq götürüb geri qayıtdı: Sumqayıtdakı qətlin təfərrüatı


Sumqayıt şəhərində qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Kamil Məmmədovun cinayət işi üzrə detallar məlum olub.
Sumqayit.tv
Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisində baş verib. Əvvəllər məhkum olunmuş Kamil Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu Rasim Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Elə həmin gün Kamil Məmmədov Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 
İttihamla müəyyən olunub ki, hadisə baş verən günü Kamil Məmmədov Sumqayıtda, sürücülük məktəbinin yaxınlığındakı kafedə 200 qram araq və 5 bakal pivə içəndən sonra, təxminən saat 21 radələrində taksiyə minərək yaşadığı Kimyaçılar qəsəbəsinə yollanıb.
Evinin qarşısında səyyar meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan qonşusu Rasim Əliyevlə rastlaşıb, ondan qarpız olub-olmamasını soruşub. Sonuncu Kamilin bərk sərxoş olduğunu görüb, söylədiyini qeyri-ciddi qəbul etməklə acıqlı tərzdə “mən qarpız satıram bəyəm?” deyə cavab verib. Bu söz Məmmədova pis təsir etdiyindən o taksidən düşüb və Əliyevə yaxınlaşıb kobud və narazı formada danışmasının səbəbini soruşduqda, qonşusu nalayiq söyüşlər söyüb əl-qol ataraq, onun əynindəki köynəyi dartıb cırıb. Kənar şəxslərin yanında Rasimin hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edən Kamil öz evinə gedib mətbəxdən bıçağı götürüb, geri qayıdıb və Əliyevə bir-iki zərbə endirib. Ətrafda olan adamlar mane olaraq ona növbəti zərbələri endirməyə imkan verməyiblər. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İstintaqın sonunda Kamil Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. 
Məhkəmə prosesində Kamil Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Məhkəmə araşdırılan sübutlara qiymət verərək Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını və bununla da onun təqsirliyinin tam sübuta yetirilmiş hesab edib. 
Sonda məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

29-12-2022, 11:55 145

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106