Sumqayıt icra başçısı əməkdar jurnalist Eyruz Məmmədovu təltif etdi=FOTO

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına  və 70 illik yubileyi münasibətilə Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib və ona fəxri fərman təqdim edib.
Zakir Fərəcov bildirib ki, son 30 ildə bir-çox tarixi-sənədli filmlərin müəllifi olan, Azərbaycana qarşı uzun illər Ermənistanda və Dağlıq Qarabağda, eləcə də Bakı və Sumqayıtda törədilən erməni-daşnak təxribatlarının təhqiqi və ifşası istiqamətində 1988-ci ildən başlayaraq yorulmadan, vətənpərvər bir jurnalist məsuliyyəti ilə çalışan, keçmişimizin tarixinə aid sənədli əsərləri, roman və povestləri ilə nəinki yaşayıb-yaratdığı Sumqayıtda, bütövlükdə respublikada, hətta MDB ölkələrində və uzaq xaricdə də yaxşı tanınan Eyruz Məmmədov maraqlı həyat və zəngin yaradıcılıq yolu keçmişdir.
Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdir.
"Sumqayıtın əks-sədası” tammetrajlı, "Sumqayıtın əks-sədası-2” sənədli filmlərinin, "28-dən 29-na keçən gecə”, "Sumqayıtım mənim”, "2-ci paralel”, "Bir, iki, üç… və yaxud Qarabağ və erməni-daşnak mövzularını daim diqqət mərkəzində saxlayaraq bu sahədə araşdırmalarını ardıcıl olaraq davam etdirməklə yanaşı Eyruz müəllim son illərdə ədəbi yaradıcılıqla da məşğul olur. O, ümumilikdə 30-dən artıq kitabın müəllifidir.
Ötən illərdə Eyruz Məmmədov daha heç nə yazıb-yaratmasaydı belə, görkəmli Azərbaycan rejissoru Davud İmanovla birgə min əziyyətlə, təhlükələrlə üzləşərək ərsəyə gətirdikləri  "Sumqayıtın əks-sədası” ("Эхо Сумгаита”) filmi və Sumqayıtın ilk qurucuları, həm də sonrakı nəsli haqqında yazdığı oçerklər silsiləsindən ibarət fundamental "Sumqayıtım mənim” kitabı ilə də daim seviləcək, yüksək dəyərləndiriləcəkdi.
Yazıçı-publisist və kinossenarist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov göstərilən diqqət və qayğıdan razı qaldığını bildirib və bundan sonra da işlərini müvəfəqqiyətlə davam etdirəcəyini söyləyib.
Zakir Fərəcov Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib -FOTO
Zakir Fərəcov Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib -FOTO
Zakir Fərəcov Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib -FOTO
Zakir Fərəcov Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib -FOTO
Zakir Fərəcov Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib -FOTO
Zakir Fərəcov Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib -FOTO


17-01-2023, 20:28 164

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106