Sumqayıtda “Eyruzun ömür kitabı”nın təqdimatı - FOTO


Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-tərcüməçi Arif Ərşadın yazıçı-publisist, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədova həsr edilən "Eyruzun ömür kitabı” adlı kitabının təqdimatı keçirilib. Şəhərimizin ziyalılarının, kitabxananın əməkdaşlarının və oxucularının iştirakı ilə baş tutan təqdimatı giriş sözü ilə Sumqayıt şəhər MKS-nin direktor vəzifəsinin müvəqqəti icra edən  Natəvan Axundzadə açaraq tədbir haqqında iştirakçıları məlumatlandırıb. Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirin aparıcısı Sumqayıt "Dostlar Klubu"nun sədri, həkim-filosof, yazıçı-publisist Hümbət Həsənoğlu kitab haqqında öz təəssüratlarını bölüşdükdən sonra qonaqları iştirakçılara təqdim edib. Şəhərimizin ziyalılarından yazıçı-dramaturq, Əməkdar İncəsənət xadimi Ağalar İdrisoğlu, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şair Asif Asiman, MKS-nin baş biblioqrafı Yeganə Əhmədova, şair Lilpar Cəmşidqızı, sahibkar Akif Şahbazov, "Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı  kitab haqqında öz fikirlərini bildirməklə yanaşı, Eyruz müəllimin mərdlik, cəsarət, vəzifəsindən, rütbəsindən asılı olmayaraq heç kimin qarşısında əyilməmək, qələmi ilə haqqı, ədaləti həmişə müdafiə etmək kimi xüsusiyyətlərindən də bəhs ediblər. 
Tədbirdə yazıçı-dramaturq Arif Ərşad çıxış edərək kitabın yaranması haqqında öz maraqlı xatirələrini iştirakçılarla bölüşüb. Eyruz müəllim öz çıxışında müəllifə, qələm dostlarına, ümumiyyətlə, bütün iştirakçılara təşəkkürünü bildirərək, kitabxanaçılara olan hörmətini ifadə etməklə kitabxanaları məbədgah adlandırıb. 
Sonda Natəvan Axundzadə çıxış edərək bütün iştirakçılara öz təşəkkürünü bildirməklə belə təqdimatların daha da çox olmasını vurğulayıb.


13-02-2023, 14:30 164

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106