Fərman Qurbanlı: "MİDA Sumqayıtda inşa prosesləri aparır"


“Böhrandan sonra bərpa prosesləri fərdi olur. Bərpa və yenidənqurma prosesləri daha dayanıqlı şəhərlərin qurulmasını nəzərdə tutur”.
Sumqayit.tv xəbər verir ki, bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan Ümumdünya Məskunlaşma Günü forumunda panel çıxışında deyib.
O bu ilin fevralında Türkiyədə baş verən yeraltı təkanlardan sonra yaranmış fəsadların aradan qaldırılmasında Azərbaycanın göstərdiyi dəstəkdən danışıb: 
“Azərbaycan vətəndaşlarının, xüsusilə də aşağıgəlirli ailələrin sosial rifahının və mənzil şəraitinin yaxşılaşdırılması ölkə başçısının prioritet məsələlərindəndir. Bu məqsədlə MİDA fəaliyyətinə başlayıb. Fəaliyyətdə olduğu 7 il ərzində 7 layihənin icrası həyata keçirilib. 7 il ərzində 8 463 ailə mənzildə təmin edilib. Bu mənzillərdən 7 mini Bakıda, mindən çoxu isə regionlarda yerləşir. Yaxın iki il ərzində daha 7 min ailənin mənzillə təminatı proqnozlaşdırılır”.
F.Qurbanlı onu da qeyd edib ki, MİDA Bakı, Sumqayıt, Yevlax, Gəncə ilə yanaşı işğaldan azad edilən Füzuli və Cəbrayılda inşa prosesləri aparır:
“Beş mindən çox inşa prosesi aparılacaq ki, orada məktəb binaları da nəzərdə tutulur. Eyni zamanda Cəbrayılda 32 binada 712 mənzilin inşası nəzərdə tutulub. Layihələndirmə zamanı iş yerinə yaxınlıq, yaşıllıq və ərazilərin abadlaşması, uşaq meydançalarının da olmasına diqqət edilir. Güzəştli mənzillərin əldə edilməsi onlayn olur və hazırda 30 mindən çox insan qeydiyyatdan keçib”.

3-10-2023, 10:00 232

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106