Sumqayıtda abadlıq-quruculuq işləri aparılır - Fotolar

sumqayitda-genismiqyasli-abadliq-quruculuq-isleri-davam-etdirilir

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər ərazisində kompleks abadlıq-quruculuq işləri həyata keçirilir.
Sumqayit.tv xəbər verir ki, şəhər ərazisində həyata keçirilən kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də çoxmənzilli yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Ötən dövr ərzində 1300-ə yaxın yaşayış binasının dam örtüyü vurulub, binaların fasadları yenilənib, müasir liftlər quraşdırılıb. Yüzlərlə binanın girişləri təmir olunub, dəmir qapılar quraşdırılıb.
Bu işlər hazırda da davam etdirilir. İlin sonuna kimi 55 binanın fasadının yenilənməsi, girişlərinin və pilləkən qəfəslərinin təmir olunması nəzərdə tutulub. 
Sumqayıtda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində də irimiqyaslı işlər həyata keçirilir. Hazırda şəhərdaxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri davam edir.
Uzunluğu 7,5 kilometr olan Sahil küçəsində təmir işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Yola ümumilikdə 80 min kvadrat metr asfalt örtüyü vurulacaq. Sahil küçəsində velosiped zolağının salınması da nəzərdə tutulub.
İlin sonuna kimi məhəllə və mikrorayon daxilində 92 min, ətraf qəsəbələrdə isə 100 min kvadrat metr əraziyə asfalt örtüyünün vurulması planlaşdırılır.
Sumqayıt şəhərində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilir, mövcud piyada səkilərinə tamet daşlar döşənir.
Hacı Zeynalabdin və Corat qəsəbələrində nümunəvi məhəllələrin yaradılması üçün işlərə başlanılıb.









18-10-2023, 10:40 214

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106