YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilibFOTO


Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş “Heydər Əliyev Məktəbi”nin növbəti-dördüncü məşğələsi keçirilib.
Təşkilatdan Sumqayit.tv-yə verilən xəbərə görə, məktəbin növbəti məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı, Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü Müşfiq Məmmədli, şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.İlk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə Ramiz Hüseynov çıxış edərək qeyd edib ki, müasir Azərbaycan səhiyyəsinin inkişafında Ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir.
Daha sonra millət vəkili Müşfiq Məmmədli dinləyicilərə "Müasir Azərbaycanın səhiyyəsində Ulu Öndərin rolu" mövzusunda məruzəsini oxudu. Müşfiq Məmmədli bildirdi ki, bütün mənalı həyatını öz xalqına bəxş edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.  Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir səhiyyə  islahatları son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişaf etməsi, insan sağlamlığı sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq tibb islahatlarının da keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb, səhiyyə sisteminin müasirləşdirilməsinə xidmət göstərib. 
Məruzəsinin sonunda Müşfiq Məmmədli qeyd edib ki, xalqımız əmindir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə аpаrаcaqdır. Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir və оnun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

29-11-2023, 11:00 183

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106