Sumqayıtda “Zəfərin başlanğıcı” adlı tədbir keçirilib-FOTO


Aprelin 5-də Sumqayıt Poeziya Evində Aprel döyüşlərindəki qələbəmizə həsr olunmuş   “Zəfərin başlanğıcı” adlı  tədbir keçirilib. 
Sumqayit.tv
xəbər verir ki, Vətən müharibəsi qəhrəmanı şəhid Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçrilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri ilk öncə açan məktəbin direktoru Fatma Bayramova tədbirdə iştirak edən şəhid ailələrinə, mətbuat nümayəndələrinə və məktəb kollektivinə  öz dərin minnətdarlığını bildirərək yığıncağı açıq elan etdi. Çıxış edən tədbirin təşkilatçısı, məktəbin dil-ədəbiyyat  müəlliməsi Ülviyyə Əliyeva səkkiz il əvvəl erməni təxribatına cavab olaraq həyata keçirilən qısamüddətli hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qalibiyyətindən bəhs edib. Bildirib ki, Aprel döyüşlərində əldə edilən şanlı qələbə Azərbaycan xalqının gücünü, birliyini və əzmini dünyaya göstərən 44 günlük Vətən müharibəsində qazanılan Zəfər üçün mühüm zəmin yaradıb. Məktəbin şagirdlərinin  təqdimatında vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi kompozisiyaları ifa olunub.Tədbirdə iştirak edən Adil İbrahimlinin atası bütün şəhid ailələri adından tədbir təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.          
                                                           
Müəllif: Sübhan Arifoglu  “Zaman və Biz “qəzetinin baş redaktoru






5-04-2024, 17:51 358

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106