"Mehdi Hüseynzadə"nin kassaları niyə oyuna 2 gün qalmış satışa başlayır?- AÇIQLAMA



Sumqayıtlı futbol azarkeşləri komandalarının oyununa bilet satışından narazıdı.
Rekord.az xəbər verir ki, narazılığın bir qismi stadiondan bilet satışının gec təşkili ilə bağlıdır.
Belə ki, online bilet almaq istəyənlər həftənin əvvəlindən bunu edə bilsə də, kassadan bilet almaq istəyənlər bunun üçün oyunun startına 2 gün qalmışa qədər gözləməlidir. Çünki "Sumqayıt" kassadan satışı yalnlız oyuna iki gün qalmış aktivləşdirir. İkinci bir narazılıq isə kassaların səhər tezdən yox, yalnız günortadan sonra açılmasıdır. Məsələn, "Səbail"lə dünənki oyun günü saat 13:00-a qədər hələ də kassalar açıq olmayıb. Bütün bu narazılıqlarla bağlı "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq. O, yaranmış duruma belə aydınlıq gətirdi: "Biz "Neftçi" ilə açılış oyunundan öncə kassanı quraşdırmışıq, o gündən fəaliyyət göstərir. Hər ev oyunumuzdan 4-5 gün öncədən də kassanın fəaliyyətini aktiv edirik. Sadəcə, maraq istənilən səviyyədə olmur. Bəzən əməkdaş bütün günü oturur orda və günə cəmi 3-4 bilet satılır. Ona görə sonradan qərara aldıq ki, həmin əməkdaşı daimi yox, günün müəyyən saatlarında orda oturdaq. Məsələn saat 16:00-19:0 arasıı. Bir neçə oyun da bu praktikadan istifadı etdik. Düşündük ki, həmin saatlarda stadion ərazisində canlanma olur, akademiyada məşqlərin qızığın vaxtı olur, valideynlər uşaqlarını gətiriri, o cümlədən cüdo, boks bölmələrinə gələnlər, saat 6-da işdən çıxıb, yolu stadionun yanındna keçən insanları nəzərə aldıq. Amma bu da effekt vermədi. Biletlərin deyərdim ki, 90-95 faizi oyun günü, oyunun startına 2 saat qalmışdan etibarən satılırdı. "Səbail"llə dünənki oyunda da elə oldu. Matçın 20-ci dəqiqəsi idi, amma kassada bilet satışı sürətlə gedirdi. Təbii ki, hər bir azarkeş fikiri bizim üçün çox önəmlidi, onları da başa düşürük, amma sizin vasitənizlə onlardan da xahiş edirik ki, bizi də başa düşsünlər, bir qədər səbrli olsunlar. Əgər sırf kassadan bilet almaq istəyənlər varsa, bizim kassa işləməsə belə, ASAN Xidmətin kassaları işləyir və ora yaxınlaşıb gün boyu bilet ala bilərlər".


13-05-2024, 15:05 222

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106