Medvedev Ukraynanı tam işğalla hədələdi, ABŞ sözçüsü şifrəli açıqlama verdi - MÜHARİBƏ BÖYÜYÜR

 


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumlarını şərh edib.
Sumqayit.tv
xəbər verir ki, o, qəzəbli şəkildə "bu andan etibarən xüsusi əməliyyat açıq şəkildə ekstraterritorial xarakter almalıdır", deyib.
“Bu, artıq sadəcə rəsmi ərazilərimizin qaytarılması və nasistlərin cəzalandırılması əməliyyatı deyil. Hələ də mövcud olan Ukrayna torpaqlarına getmək olar və lazımdır. Odessaya, Xarkova, Dnepropetrovska, Nikolayevə, Kiyevə və ondan kənara. Ukrayna Reyxinin müəyyən tanınmış sərhədləri mənasında heç bir məhdudiyyət olmamalıdır. İndi isə bu, utanmadan və ya diplomatik təzyiqlər olmadan açıq şəkildə müzakirə oluna bilər və edilməlidir”, - Medvedev bildirib.
Göründüyü kimi, son Kursk döyüşünü Rusiya bir bəhanə kimi istifadə edərək, müharibənin miqyasını böyütməyə cəhd göstərəcək. Üstəlik artıq açıq şəkildə Ukraynanın ərazilərini işğala çağırış var. Medvedev Ukraynanı tamamilə məhv etməyə çağırır. Bu, sadə bir rusun qəzəbli açıqlaması deyil; bu Rusiya dövlətinin "xüsusi əməliyyat" kod adı ilə başlatdığı müharibənin yeni ideologiyasıdır. Təbii ki, bütün bunları sözdən əmələ (müharibə meydanına) keçirtmək də xüsusi güc tələb edir. Görünən budur ki, həmin ekstra güc hələlik tərəflərdən heç birində yoxdur. Müharibə 3-cü ilindədir və hər kəs yorulub.
Kursk döyüşləri barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre də şifrəli danışıb. O, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə endirdiyi zərbələr barədə suala cavabında deyib:
"Biz məlumatları gördük və təfərrüatlar üçün Ukrayna hərbçiləri ilə əlaqə saxlamağa hazırlaşırıq. Ümumiyyətlə, biz Ukraynanı Rusiyanın təcavüzündən müdafiəsində dəstəkləyirik. Bu, demokratiya və azadlıq üçün vacibdir. Biz bunu davam etdirəcəyik və onlar özlərini müdafiə edəcəklər".
//Musavat.com

8-08-2024, 13:08 113

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106