“Xəmsə” Milli intellektual oyununa yekun vuruldu


Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş məktəblilərin “Xəmsə”  Milli intellektual  oyununun qalibləri müəyyən olundu. 

Sumqayit.tv xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyi və şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 04 oktyabr 2021-ci il tarixindən start götürən “Xəmsə” Milli intellektual  oyununa yekun vuruldu. 6 mərhələ üzrə davam edən və şəhərin 32 orta ümumtəhsil müəssisələrini təmsil edən komandaların iştirak etdiyi bilik yarışında ümumilikdə 160 şagird bilik mübarizəsinə qoşulmuşlar. Yarışın məqsədi Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsinin məktəblilər arasında  geniş  təbliği,  gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyyəsi, intellektual oyunlara marağın artırılması və sağlam elmi rəqabət mühitinin yaradılmasıdır. 4 zona üzrə 8 qrupda keçirilən bilik yarışının 14 oktyabr tarixində keçirilən final mərhələsində mübarizə aparan  Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “HOST” komandası  I, 23 saylı tam orta məktəbin “Zəfər” komandası  II, 37 saylı orta məktəbin “ Dəmir yumruq”  komandası  III və  22 saylı orta məktəbin eyni adlı komandası  IV yerlərə layiq görülmüşlər. Qalib komandalar kubok, diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar. Tədbir Gənc Müəllimlər Şurasının hazırladığı bədii-musiqili kompozisiya ilə davam etmişdir.











15-10-2021, 11:43 196

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106