Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sosial mediada keçmiş məcburi köçkünün yayılmış səs yazısı ilə tanış olub. Bu səs yazısı Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkünə məxsusdur.

Sumqayit.tv xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq komitədən bildirilib.

Qeyd edilib ki, 4 nəfərdən ibarət ailə Sumqayıt şəhərində Vəkil Rza oğlu Verdiyevə məxsus mənzildə müvəqqəti məskunlaşıb:

"Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi mövcuddur və komitəyə təqdim edilib. Qətnamənin icrası ilə əlaqədar, Vəkil Verdiyevin müraciətini nəzərə alaraq, keçmiş köçkünə ailə tərkibinə uyğun olaraq, Dövlət Komitəsinin Biləsuvar rayonunda yerləşən qəsəbədə boş mənzil fondundan yaşayış sahəsi təklif edilib. Lakin o, həmin mənzilə köçməkdən imtina edib. Bu səbəbdən, Vəkil Verdiyevin məhkəmə qərarının icrası ilə bağlı aidiyyəti quruma müraciət etməsi qanunauyğundur".

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır:

"Keçmiş məcburi köçkünlər bərpa qrafikinə uyğun olaraq, mərhələli şəkildə doğma yurdlarına köçürülürlər. Qubadlı rayonunun Muradxanlı kəndi də bərpa edildikdən sonra yuxarıda qeyd edilən ailənin köçürülməsi qanunauyğun formada icra ediləcək və onun hazırda müvəqqəti məskunlaşdığı mənzil sahibinə təhvil veriləcək".

23-08-2025, 15:44 329

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106