Saray-Sumqayıt marşrutunda avtobus skandalı – “Karsan”lar xətdən çıxarıldı: Daşıyıcı şirkətdən AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində yenilənmə sevinci uzun çəkməyib. Bir müddət əvvəl xəttə buraxılan müasir “Karsan” markalı avtobuslar “Tərlan” istiqamətində cəmi üç gün işlədikdən sonra qəfil xətdən çıxarılıb. Onların yerinə isə yenidən köhnə, texniki cəhətdən nasaz avtobuslar buraxılıb.

SakinlərinMusavat.com-a verdiyi məlumata görə, “Karsan” avtobusları sərnişinlər tərəfindən böyük razılıqla qarşılanmışdı. Onlar həm komfort, həm də təhlükəsizlik baxımından əvvəlki avtobuslardan qat-qat üstün idi. Hazırda xəttə buraxılan avtobusların köhnə olduğu, tez-tez sıradan çıxdığı, sərnişinlərin təhlükəsizliyini risk altına qoyduğu bildirilir.

Sakinlər ümid edirlər ki, məsul qurumlar bu qərara aydınlıq gətirəcək və 522 nömrəli xəttdə yenidən rahat, təhlükəsiz və müasir avtobusların fəaliyyəti bərpa olunacaq.

Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a bildirildi ki, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində daşıyıcı tərəfindən hər hansı bir yenilənmə aparılmayıb:

“Sözügedən avtobuslar daşıyıcı tərəfindən müvəqqəti olaraq ərazi üzrə infrastruktur və digər uyğunluqla əlaqəli sınaqdan keçirilib. Tərəfimizdən daşıyıcıya avtobus parkının yenilənməsi və nizamlı sərnişindaşımanın həyata keçirilməsi ilə bağlı tapşırıq verilib”.

522 nömrəli marşrut xəttini avtobuslarla təmin edən “F. Rövşən İM” daşıyıcı şirkətin təsisçisi Mübariz Quliyev məsələ ilə bağlı Musavat.com-a danışdı:

“Biz avtobusları 3 gün sınaqdan keçirdik, hər şey qaydasındadır, “Tərlan” istiqamətində yaşayan Saray camaatını yeni avtobuslarla təmin etməyə hazırıq.

26 ilə yaxındır ki, 522 və 523 nömrəli marşrut xəttində xidmət göstəririk. İndi isə avtobuslarımızı yeniləmək istəyirik, bununla bağlı AYNA-ya müraciət etmişik, lakin hələ də müsbət cavab ala bilməmişik. Köhnə avtobuslarla yeniləri arasında 10 il fərq var. Yeni avtobuslar 2018, köhnələr isə 2016-cı ildə istehsal olunub. “Tərlan” istiqamətində 12-14 avtobusu xidmətə buraxmaq imkanımız var.

Sarayın digər istiqamətərini də avtobusla təmin edə bilərik, lakin həmin yollar bərbad vəziyyətdədir, təmirə ehtiyacı var, oradan marşrutun keçidi çox çətindir, tez bir zamanda sıadan çıxa bilər. “Tərlan” istiqamətində isə yol rahatdır deyə, avtobuslar asanlıqla keçdilər. 26 ildir ki, biz o istiqamətdə sərnişin daşıyırıq”.


27-10-2025, 14:00 397

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106