Sumqayıtda səyyar görüşlər davam edir - FOTO

 

Sumqayıt şəhərində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə səyyar qəbul-görüşlər davam etdirilir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Görüş şəhərin İnşaatçılar qəsəbəsində təşkil olunub.

Qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də şəhər sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri sakinlərin müraciətlərini fərdi qaydada dinləyib, onları narahat edən sosial, məişət, kommunal, infrastruktur və digər aktual məsələlərə dair təklif və müraciətləri qeydə alıb. Qaldırılan problemlərin bir qismi yerindəcə öz həllini tapıb, əlavə araşdırma və tədbir görülməsi zəruri olan məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq operativ şəkildə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbul zamanı Zakir Fərəcov şəhər ərazisində aparılan abadlıq-quruculuq, yol-nəqliyyat infrastrukturu, kommunal xidmətlərin yaxşılaşdırılması, yaşayış məhəllələrinin yenidən qurulması və sosial rifahın artırılmasına yönəlmiş layihələr barədə də ətraflı məlumat verib, bu istiqamətdə görülən işlərin mərhələli şəkildə davam etdiriləcəyini bildirib.

Görüşdə iştirak edən sakinlər Sumqayıt şəhərində son illər ərzində həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma tədbirlərini yüksək qiymətləndirərək, vətəndaş müraciətlərinə operativ və həssas yanaşmaya görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. /Sumqayitxeber.com

 

 

 

 

 


16-01-2026, 17:53 44

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106