Mehriban Vəliyevanın təşəbbüsü ilə Sumqayıtda vətəndaşlara pulsuz hüquqi dəstək olundu - FOTOLAR - FOTOLAR

 

Sumqayıtda Milli Məclisin deputatı Mehriban Vəliyevanın təşəbbüsü ilə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası təşkil olunub.

Sumqayit.tv xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın təşəbbüsü əsasında Milli Məclis ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında qurulmuş əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədbir Sumqayıt Regional Vəkillər Bürosunun dəstəyi ilə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahında baş tutub.

Aksiya çərçivəsində deputat Mehriban Vəliyeva və Sumqayıt Regional Vəkillər Bürosunun direktoru Anar Qasımlı hüquqi yardım almaq üçün müraciət edən vətəndaşlarla görüşərək tədbirin məqsəd və mahiyyəti barədə ətraflı məlumat veriblər.

Deputat Mehriban Vəliyeva çıxışında bildirib ki, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq bölgələrdə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə hüquqi dəstəyin göstərilməsi dövlət–vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə görülən işlər davamlı xarakter alıb.

Daha sonra Sumqayıt Regional Vəkillər Bürosunun vəkilləri Səadət Vəliyeva, Gülnur Qasımlı, Tural Məmmədov və Rüstəm Xələfli tərəfindən vətəndaşlar qəbul edilərək onlara ödənişsiz hüquqi yardım göstərilib. Aksiya zamanı vətəndaşlara hüquqi məsələlərlə bağlı şifahi məsləhətlər verilib, müxtəlif dövlət və digər qurumlara ünvanlanmış yazılı müraciətlər və iddia ərizələri hazırlanıb.

Qeyd edək ki, aksiya çərçivəsində 20-dən artıq vətəndaş pulsuz hüquqi yardımdan yararlanıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


29-01-2026, 09:42 139

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106