Sumqayıtda muğamın sehri tamaşaçıları heyran etdi- FOTOLAR/VİDEO

 

 

Sumqayıt şəhərində, Sumqayıt Bulvarı ərazisində inşa edilən Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində möhtəşəm muğam axşamı keçirilib.

Sumqayit.tv xəbər verir ki, Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənəti təqdim olunub, tamaşaçılara unudulmaz və yüksək zövqlü musiqi anları yaşadılıb.

Qeyd edək ki, Sumqayıt Bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur. 2019-cu il noyabrın 21-də istifadəyə verilən mərkəz bu gün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilməkdədir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı bu məkanın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bir daha sübut edir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən son illər şəhərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, o cümlədən mədəniyyət sahəsinə göstərilən xüsusi diqqət vurğulanıb. Bildirilib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Muğam axşamını , Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət Vəkilləri, İdarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də içtimayət nümayəndələri izləyib.
Səhnəyə çıxan ifaçılar , Nisbət Sədrayeva, Rəvan Qaçayev, Ayşən Mehdiyeva, Aytac Baybalayeva, Murad Laçın, Gülnar Qüdrətli, Məftun Səfərov və Xəyal Hüseynov öz yüksək səviyyəli ifaları ilə tamaşaçıların böyük rəğbətini qazanıblar.
Onların ifasında səslənən muğam parçaları milli musiqimizin dərinliyini, emosional zənginliyini və bədii gücünü bir daha nümayiş etdirib.
İfaçıları peşəkar musiqiçilər , Rüstəm Müslümov (tar), əməkdar artist Toğrul Əsədullayev (kamança), Röya Hacıyeva (kanon), Rəfael Əsgərov (balaban), Əhməd Əhmədov (qarmon), Səfərəli Məhəmmədəliyev (piano), Siyavuş Kərimov (nağara), Səyyar Teymurov (bəm nağara). müşayiət edib.
Tarın zərif mizrabı, kamançanın kövrək sədası, balabanın yanğılı nəfəsi və xanəndə səsinin vəhdəti nəticəsində muğamın klassik ruhu səhnədə dolğun şəkildə təqdim olunub və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Tədbirin sonunda bildirilib ki, Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi bundan sonra da aktiv fəaliyyət göstərəcək, mütəmadi olaraq müxtəlif mədəni tədbirlərə ev sahibliyi edəcək və şəhərin mədəni həyatına mühüm töhfələr verməyə davam edəcək.
Eyni zamanda yaxın günlərdə keçiriləcək tədbirlər də elan olunub. Belə ki, 12 aprel tarixində mərkəzdə uşaqlar üçün 2 seanslı 11:30 və 13:30 saatlarında “Qaraca qız” kukla teatrı tamaşası təşkil olunacaq, 24 aprel tarixində isə tanınmış müğənni Elton Hüseynəliyevin konserti baş tutacaqdır.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


 


10-04-2026, 14:07 290

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106