Toğrul Bayramlının təklifləri - Kart qıtlığının həll yolları



Bu yaxınlarda Sumqayıt nəqliyyat sistemində kartdan istifadəyə start verilib. Ancaq kart qıtlığı yaşanır, vətəndaşlar çox əziyyət çəkir. Məsələnin həll yolları ilə bağlı ictimai fəal Toğrul Bayramlı Sumqayıt.tv-yə yazaraq öz təkliflərini verib:

"Çox maraqlıdır, bu banklar niyə marketinq strategiyası fikirləşəndə ancaq ölkə üzrə ağlını işlədir, ayrı-ayrı şəhərlər üzrə işlətmir, işlətmək istəmir?
Sumqayıt Nəqliyyat Departamenti kart sisteminə keçəndən sakinlərin əsas problemlemlərindən biri də kart  qıtlığıdır, yəni neçə vaxtdır satışda tapılmır.
Bir bank görmədim ki, bununla bağlı hansısa kompaniya edib kartlarını satsın, təqdim etsin. Əlavə müştəri bazası, az da olsa, maliyyə qazansın. Nəzərə almırlar ki, Sumqayıt əhalisinin sayı elə yarım milyona çatır və əksəriyyəti sərnişin nəqliyyatından istifadə edir. Sanki bankda işləyənlər də Sumqayıtda yaşayan deyillər. Bankın, ya da ola bilsin, işçilərinin heç bir təkliflərinə fikir vermirlər və ya  ümumiyyətlə işçilər də belə bir təklifi ağıllarından keçirməyiblər. 
Baş ofis Bakıda yerləşir deyə, hər şeyi Bakı ilə ölçmək düzgün deyil, istənilən banka yazırsan ki, sizin kartla Sumqayıt Nəqliyyatında ödəniş etmək olar, deyəcək yox. Amma əslində olar, çünki müraciətlərə Baş Ofis baxır, onun bu haqda məlumatı yoxdu, ağlına gəlməz ki, bir maraqlanım görüm, müraciət edəndə yalan məlumat verməyək müraciət edənlərə.. 
İndi Azərpoçt qabağa düşüb kart düzəldib satır, amma ağlına gəlməyib ki, kartın balansına camaat çöldə rahat pul yükləyə bilsin. Deyir ki, ancaq Azərpoçt şöbələrində artırmaq olar, o şöbələr ki, ancaq iş vaxtı işləyir. Bəs camaat işdən çıxanda kartı nə ilə doldursun?
Çox güman kartı satanda əlavə balansı necə artırmaq izahını da verməyiblər. Məsələn, həmin kartları "card-to-card", yəni başqa bank kartlarından bu Azərpoçtun verdiyi karta hər hansı bankın aplikasiyası ilə də ödəniş edərək balansı artıra bilərlər. Burda komisyon məsələsi də var. Təəssüf ki, yalnız Azərtürkbankın ATB kartının, Unibankın Leokartının öz aplikasiyasıyalarından poçtun verdiyi karta ödəniş etsək, komisyonsuz olur. Digər bankların kartlarından köçürmə etsəz, fərqli-fərqli komisyonlar tuta bilər. Az komisyon itirəsiz deyə, burda bir az yuxarı məbləğ yükləyin ki, balans gec bitsin, komisyon itkisi az olsun, yoxsa az məbləğ yükləsəz, tez bitəndə yenidən yükləməli olursuz, bu da tez-tez komisyon itirməyinizə səbəb olacaq". 

29-10-2021, 13:35 439

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106