Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

 Gələn il 50 illiyini qeyd edəcək qardaşlaşmış şəhər münasibətlərinin inkişafı və yeni birgə layihələr Almaniyada keçirilən görüşlərin əsas mövzusu olub.

Sumqayıt.tv xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib.

Səfər çərçivəsində Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri professor Klaus Blattner ilə görüşərək iki şəhər arasında uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüş zamanı bildirilib ki, Sumqayıt və Lüdviqshafen arasında qardaşlaşmış şəhər münasibətlərinin əsası 1977-ci ildə qoyulub və bu əlaqələr ötən illər ərzində mədəniyyət, təhsil, gənclər siyasəti, ekologiya və şəhər idarəçiliyi kimi sahələrdə uğurla inkişaf edib.

Tərəflər qeyd ediblər ki, gələn il qardaşlaşmış şəhər münasibətlərinin 50 illiyi qeyd olunacaq. Bununla bağlı yubiley tədbirləri, birgə layihələr və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Lüdviqshafen şəhərinin sabiq meri Eva Lohse də iştirak edərək iki şəhər arasında dostluq münasibətlərinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Səfər çərçivəsində nümayəndə heyəti Lüdviqshafen şəhərinin ənənəvi Şəhər Günü tədbirlərində iştirak edib. Zakir Fərəcov çıxışında Sumqayıt və Lüdviqshafen arasında formalaşmış möhkəm dostluq əlaqələrinin hər iki şəhərin sakinləri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

Nümayəndə heyəti həmçinin Lüdviqshafendə fəaliyyət göstərən Sumqayıtlı Dostlar Cəmiyyətinin üzvləri ilə görüşüb, şəhərin tarixi və mədəni irsi ilə tanış olub.

Səfərin əsas məqsədi Sumqayıt və Lüdviqshafen arasında mövcud tərəfdaşlığın daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qardaş şəhərlər arasında əlaqələrin inkişafına töhfə vermək olub.

 

 


28-06-2026, 16:36 73

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106