Sumqayıt komandası “Ən yaxşı manqa” yarışının qalibi olub


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə 1-3 dekabr 2021-ci il tarixlərində Bakı və Sumqayıt şəhərlərində yerləşən yanğından mühafizə hissələri arasında “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib.

Sumqayit.tv xəbər verir ki, müsabiqə neft, qaz və neft-kimya sənayesi müəssisələrində baş verə biləcək texnogen mənşəli fövqəladə halların qarşısının çevikliklə və peşəkarlıqla alınması, yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbulunda şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin və metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Müsabiqədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 45, 46, 47, 48, 49, 50, 51, 53, 54, 56 nömrəli, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 11, 12, 13, 18, 19 nömrəli və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20, 22 və 24 nömrəli yanğından mühafizə hissələri iştirak edib. Komandalar mübarizəyə yeddi nəfərdən ibarət manqalarla qatılıb.
Bütün iştirakçılar müsabiqədən əvvəl döyüş açılışı zamanı hərəkətlərin yanğın-xilasetmə hazırlığı və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun yerinə yetirilmələri haqqında təlimatlandırılıblar.
Bir mərhələdən və iki hissədən ibarət olan baxış-müsabiqədə komandaların şəxsi heyətinin sıra baxışı, yanğın texnikası, yanğın texniki avadanlıq və ləvazimatları, təqdim edilmiş sənədlər nəzərdən keçirildikdən sonra manqalar kompleks tədbirlərdən ibarət döyüş açılışını etməklə yarışa qatılıblar.
Beləliklə, 18 komandadan 126 nəfər yanğınsöndürənin iştirak etdiyi müsabiqədə Sumqayıt ŞDYMİ-nin 22 nömrəli YMH-nin komandası 1-ci yerə layiq görülüb. Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 nömrəli YMH-nin komandası 2-ci yeri, Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə idarəsinin 54 nömrəli YMH-nin komandası isə 3-cü yeri tutub.
Qalib komandaların təltif edilməsi mərasimində Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak edib. İttifaq sədri qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qalib komandalara FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən diplomlar, qiymətli hədiyyələr təqdim edilib.













6-12-2021, 10:28 263

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106