"Sumqayıt"ın təklifini qəbul etməmək günah olardı"


"Yəqin ki, bu, mənim üçün ən konkret təklif idi".

Bunu "Sumqayıt" klubunun belaruslu baş məşqçisi Aleksey Baqa ölkəsinin STV telekanalına müsahibəsində deyib.
41 yaşlı mütəxəssis başqa təkliflərin real olmadığını bildirib: "Çünki digər bəzi söz-söhbətlər havada idi. Klub rəhbərliyi ilə görüşəndən sonra başa düşdüm ki, bu, böyük layihədir. Biz futbolda da, həyatda da çox şeyə eyni cür baxırıq. Belə maraq olan təqdirdə, bundan istifadə etməmək günah olardı. Komandamızda 8 oyunçu milliyə çağırılıb. İşləmək üçün yaxşı material və maraqlı çempionat mövcuddur"
Baqa yeni ölkəyə köçdüyü üçün qorxmadığını söyləyib: "Uzunmüddətli müqavilə imzalanıb. Burada iz buraxmaq üçün mümkün qədər uzun müddət və səmərəli işləmək istəyirəm. Mövsümün ilk yarısında çox xal itkiləri olub Heç kimin qarşısına ilk "üçlüy”ə düşmə vəzifəsi qoyulmayıb. Hər şeyə real yanaşırıq. Turnir cədvəlindəki yerdən qorxmuruq. Futbolçularla və məşqçilər korpusu ilə danışmışam. Hər şeydən əvvəl psixoloji durum önəmlidir. Çempionatda üçüncü yeri tutub, avrokuboklarda iştirak edib, milliyə çağırıldıqdan iki ay sonra futbol oynamağı unutmaq mümkün deyil. Vəziyyət yəqin ki, hər kəs üçün başa düşüləndir. Ona görə də psixoloji məqam daha vacibdir".
Belaruslu baş məşqçi qış təlim məşq toplanışı üçün Türkiyəni seçmələrinin səbəbini də açıqlayıb: "Azərbaycanda çempionat payız-yaz sistemi üzrə keçirilir. Birinci yarı başa çatıb, ikinci yarıya hazırlaşmaq üçün hamıya yaxşı tanış olan Türkiyəni seçdik. Fevralın 2-də bizi kubok oyunu gözləyir. Ardından çempionatda "Qəbələ” ilə üz-üzə gələcəyik. Hazırlıqda psixoloji məqamlara, eləcə də texniki-taktiki məsələlərə xüsusi diqqət yetiriləcək. Türkiyədə bunu ən qısa zamanda həll etməyə və vəziyyəti düzəltməyə çalışacağam".
Mütəxəssis müqaviləsinin detalları barədə danışmaq istəməyib: "Burada maddi sərvət baxımından kosmik nəsə yoxdur. Müqavilə 2,5 illikdir. Bununla maraqlanan hər kəsi əmin etmək istəyirəm ki, şərtlərdə qeyri-adi heç nə yoxdur".
report

17-01-2022, 15:51 193

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106