Xarabalığa çevrilən "Şərq bazarı" və çarəsiz sahibkarlar - Verilən vəd niyə yerinə yetirilmir? - VİDEO



Sumqayıt şəhəri, 9-cu mikrorayonda "Şərq bazarı" kimi tanınan yer artıq 5 ildir ki, baxımsız vəziyyətdədir. Ərazi hasara alınsa da, içərisində yalnız köhnə bir tikili qalıb.

Məlumata görə, burada obyektləri sökülən 66 sahibkar, habelə ətrafda yaşayan sakinlər onlara göstərilən laqeyd münasibətdən şikayətçidirlər.
Bildirilir ki, 2017-ci ilin may ayında "Şərq bazarı sökülüb. Həmin ilin sentyabr ayında elə orada yeni bazar tikiləcəyi vədi verilib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkündürsə, daş üstə daş qoyulmayıb.
Şikayətçilər bazarın onlar üçün həm qiymət, həm də məkan baxımından əlverişli olduğunu bildirirlər.  Onlarınm sözlərinə görə, ərazinin abadlaşdırılması ilə bağlı şəhər rəhbərliyinə müraciət edilib.  Söküntüdən sonra onlara yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu təqdim olunub. Amma heç bir iş görülməyib.
Məsələ ilə bağlı bazarın əsas sahibi Rəşid Babayev ilə əlaqə qurmaq cəhdimiz alınmadı.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ərazidəki "Şərq bazarı"nın sahibi ilə 66 sahibkar arasında torpaqla bağlı mübahisəli məsələ var. Ərazidə tikinti işlərinin aparılması üçün sahibkarlar arasında ümumi razılıq olmalıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti layihə əsasında tikinti işlərinin aparılmasına razılıq verib, heç bir etirazı yoxdur. Lakin tikinti işlərinin aparılması üçün sahibkarlar və bazar rəhbərliyi öz aralarında razılığa gəlməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






25-04-2022, 17:00 450

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106