Dövlət muzeyinin direktoru Sumqayıtda

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Muzeyi peşəkardan öyrənək” adlı layihəsi çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin direktor müavini Təranə Qurbanova, baş mühafiz Sevinc Əliyeva, şöbə müdiri Nigar Xankişiyeva, aparıcı elmi işçi Raminə Məmmədova Sumqayıt şəhərində olublar. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıtın Tarixi Muzeyində keçirilən təlim-seminarda idarənin əhatə etdiyi Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Ev Muzeyləri və Heydər Əliyev Mərkəzinin direktorları, fond mühafizləri, elmi işçiləri iştirak ediblər. Ümumilikdə, təlim-seminarda 11 mədəniyyət müəssisəsindən 27 əməkdaş iştirak edib.

Tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qonaqları salamlayaraq, tədbir haqqında ətraflı məlumatı təqdim edib. O çıxışında Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən lazımi tədbirlər görüldüyünü qeyd edərək, muzeylərin respublikamızda zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rolundan danışıb.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, "Muzey sahəsində müasir çağırışlar”, "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi-55” təqdimatı, "Dünya muzeyləri”, baş mühafiz Sevinc Əliyeva fond və mühafizə işi, aparıcı elmi işçi Raminə Məmmədova muzeydə tətbiq edilən KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi haqqında çıxış ediblər. Sumqayıtın Tarixi Muzeyinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi elmi nəşrləri – kitablar, notlar, bukletlər və sairə hədiyyə edilib.

30-07-2022, 09:58 399

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106