Sumqayıt məktəbinin direktor müavinindən haqqında yazılanlarla bağlı AÇIQLAMA


Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin keçmiş direktor müavini, hazırda 21 nömrəli məktəbin direktor müavini işləyən Sevda Əliyeva mətbuatda haqqında yazılan iddialarla bağlı açıqlama yayıb.

Bir sıra saytlarda dərc olunan"Direktor sarıdan bəxti gətirməyən məktəb - İLGİNC İDDİALAR...” və "Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Sevda Əliyeva pul yığır… – Sevda Əliyeva: Toya "nəmər”dən əlavə 100 manatdan yığın…” sərlövhəli yazılarda S. Əliyevaya qarşı ittihamlar yer alıb.
Sumqayit.tv-yə daxil olan açıqlamada direktor müavini həmin yazıda səslənən fikirlərə etirazını bildirib və qeyd olunanların əsassız və böhtan olduğunu vurğulayıb.
Sözügedən açıqlamanı olduğu kimi təqdim edirik:

"Həmin məqalələrəetiraz olaraq bildirirəm ki,Sumqayıt şəhər Evdə Fərdi TəhsilMəktəbində işlədiyim müddətdə heç bir şagirdin valideynindən indiyədək bir şikayət edilməyib, heç bir müəllimimiz də işindən, məktəbin və təhsil şöbəsinin rəhbərliyindən narazı deyil.

Ümumiyyətlə, Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin yarandığı gündən bu günədək bu kollektivdə "Aynurə Tahirova” ad-soyadlı nə müəllim, nə də texniki işçi çalışmayıb, hətta valideynlər arasında da bu ad-soyadlı şəxs yoxdur. Buradan da aydın olur ki, bu anonim şikayətdir.
Məlum məqalədə müəllif kimi göstərilən şəxs faktiki mövcud olmadığına görə, müraciət anonim sayılır və araşdırıla, hətta dərc edilə də bilməz. Lakin biz işimizə məsuliyyətli olduğumuz üçün hətta anonim yazıdakı böhtanlara da cavab vermək əzmindəyik.
Yazıda başlığa çıxarılan fikir də digərləri kimi tamamilə əsassızdır. O vaxt , bütün məktəblərdə olduğu kimi, işlədiyim məktəbdə də müəllimlərin ənənəvi tibbi müayinədən keçirilməsi prosesi gedirdi. Şagird kontingentimizi sağlamlıq imkanları məhdud uşaqlar təşkil etdiyi üçün onların da müvafiq sənədlərinin hər dərs ilində qanunvericiliyə uyğun formada yenidən toplanması zəruridir. Həmin sənədlərin alınması bir qədər vaxt aldığına, həmçinin müəllimlərin növbəti tibbi müayinədən keçmə prosesinə görə, hazırda dərs bölgüsünü aparmamışıq. Lakin ötən dərs ilinə uyğun olaraq müəllimlər təxmini öz dərs yükü barədə məlumatlıolublar və bununla bağlı heç bir narazılıq olmayıb.
Əlavə olaraq qeyd edim ki, məktəbdə vakant müəllim ştatı olan kimi nazirliyə təqdim edilibvə bunun nəticəsidir ki, 2020-2021-ci tədris ili ərzində MİQ-lə məktəbəmüxtəlif fənlər üzrə 8 nəfər, 2021-2022-ci tədris ilində isə 10 nəfər müəllim işlə təmin olunmuşdur.
Anonim şikayətdə şəxsiyyətimə toxunan məsələrlərdən biri də guya saxta "Covid-19” pasportu almağımla bağlı əsassız iddiadır. Həmin iddia ilə bağlı bildirirəm ki, 17.02.2021-ci il tarixdə birinci, 17.03.2021-ci il tarixdə ikinci doza peyvəndi Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçilərinin gözü qabağında vurdurmuşam.
Pedaqoq kimi təcrübəmin olmaması ilə bağlı yazılanların da boş bir təxəyyülün məhsuludur. 35 illik pedaqoji təcrübəm mənim necə bir müəllim olmağımını əyani sübutudur.
Övladlarımın toy mərasimi ilə bağlı səslənən iddiaları da qətiyyən rədd edirəm. Bu haqda yazılanlar tamamilə cəfəngiyyatdır.
Ümumiyyətlə haqqımda yazılanlara qəti etirazımı bildirirəm.
Yuxarıda sadaladığım məsələləri nəzərə alaraq bu açıqlamamı heç bir dəyişiklik etmədən olduğu kimi dərc etmənizi xahiş edirəm".

Sumqayıt şəhər 21 nömrəli məktəbin direktor müavini Sevda Əliyeva

29-10-2023, 18:39 1 051

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106