Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil



İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi başlayıb. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə dünən saat 11:00-da start verilib. 
 
Sumqayit.tv xəbər verir ki, Bakı, Sumqayıt və Abşeronda yerləşən məktəblərə yerdəyişmə mümkün olmayacaq.
 
Bu barədə məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 
 
"Bakı, Abşeron və Sumqayıtda çalışan müəllimlər istənilən rayonda yerləşən ümumtəhsil müəssisəsinə yerdəyişmə edə bilər. Lakin digər rayon və şəhərlərdən Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil. Bakı, Abşeron və Sumqayıta müəllimlər yerdəyişmə etmək istəyirsə, bunun üçün yeganə üsul müəllimlərin işə qəbulu imtahanında iştirak edib, uyğun bal toplayıb prosesdə iştirak etməkdir", - Agentlikdən "XəzərXəbər"ə bildirilib.
 
Qeyd edilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində üç ildən artıq çalışan müəllimlər iştirak edirlər.
 
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.
 
Qeyd edək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında da ilk dəfə olaraq həyata keçiriləcək. Naxçıvanın MR Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər. Müvəqqəti qaydalara əsasən, hərbçi və şəhid ailə üzvlərinin iş yerinin dəyişdirilməsi prosesi ildə bir dəfə nazirlik tərəfindən həyata keçiriləcək.
İş yerinin dəyişdirilməsi müsabiqəsində sertifikasiyada, MİQ imtahanlarından və və ya diaqnostik qiymətləndirmədən keçmiş şəxslər iştirak edə bilərlər.
 
 Müsabiqədə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib.


Bu müsabiqədə də aşağıda adları qeyd olunan namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq:
 
- Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;
 
- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;
 
- Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;
 
- 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.
 
Əgər müəllim hazırda iki ümumi təhsil müəssisəsində çalışırsa, müsabiqədə yalnız müddətsiz müqavilə əsasında işlədiyi əsas iş yeri üzrə yerdəyişmə etmək hüququna malikdir. //AzEdu.az

24-04-2024, 09:51 206

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106