Sumqayıt məktəbinin müəllimi beynəlxalq müsabiqənin 5 finalçısından biri oldu


İqlim dəyişikliklərindən doğan problemlərdən birini dərsdə şagirdlərə çatdırmağın yolunu təklif etdi, beynəlxalq müsabiqədə uğur qazandı
Beynəlxalq “Climate Change Challenge Teacher Competetion 2024” (İqlim Dəyişikliyi Çağrışı Müəllim Müsabiqəsi) müsabiqəsinin 5 finalçısından biri Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika və STEAM müəllimi Aliyə Əhmədova olub. O, müsabiqənin elan etdiyi beş əsas mövzudan (“Havanın çirklənməsi”, “Ekstremal hava”, “Su qıtlığı”, “Ərzaq təhlükəsizliyi”, “Biomüxtəliflik”) birini seçib, su qıtlığı problemini dərs prosesində şagirdlərə çatdıracaq metodu təklif edib. A.Əhmədova suyun təkrar istifadəsi üçün fənlərin inteqrasiyalı tədrisinə imkan verən, tədris proqramına uyğunlaşdırılması mümkün olan, təxminən 2 aylıq əhatəli və müasir tədris proqramı və dərs nümunələri hazırlayaraq finala çıxıb.
Müsabiqə barədə
Oksford Universitetinin ənənəvi olaraq hər il COP (Conference of the Parties - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) ərəfəsində elan etdiyi “Climate Change Challenge Teacher Competetion” (İqlim Dəyişikliyi Çağrışı Müəllim Müsabiqəsi) müsabiqəsi müəllim və şagirdlər üçündür. Bu müsabiqədə onlar bəşəriyyət üçün ən böyük və ən mürəkkəb təhlükəyə – iqlim dəyişikliyinə qarşı öz həll yollarını təklif edir, bu istiqamətdə fəaliyyət qururlar.
Müsabiqənin finalı COP-un keçirildiyi ölkələrdə təşkil edildiyindən “Climate Change Challenge Teacher Competetion 2024”ün final mərhələsi Bakıda olacaq. Bu mərhələdə 5 finalçı öz müsabiqə işini geniş auditoriya və beynəlxalq münsiflər heyəti qarşısında ingilis dilində təqdim və müdafiə edəcək. Qalib müəllimlər 2025-ci ilin yayında Oksford Universitetinin müəllimlər üçün təşkil olunan peşəkar inkişaf proqramına dəvət olunacaqlar.
Beynəlxalq müsabiqənin azərbaycanlı finalçısı
Müsabiqənin azərbaycanlı finalçısı Aliyə Əhmədova 20 ildir Sumqayət şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimidir. Həm fizika, həm də STEAM fənnini tədris edir. Elm və Təhsil Nazirliyinin 2017-ci ildən bəri həyata keçirdiyi qrant layihələrində iştirak edib. Həmin dövrdə nazirliyin bir çox yerli və beynəlxalq inkişaf proqramlarına qoşulub, İsraildə, Türkiyə və Latviyada olub, STEAM və fizika istiqamətində kurslara cəlb olunub. STEAM yönümlü proqramların qurulması, vəsaitlərin hazırlanmasında öz töhfələrini verib. Avropada STEM müəllimlərinin şəbəkəsinə qoşulan A.Əhmədova “Scientix” portalında Azərbaycan üzrə “Scientix səfiri”, STEAM peşəkar inkişaf səfiri təyin edilib, proqramların qurulmasında və s. iştirak edib. Son 5 ildə Türkiyədə təşkil edilən “STEM  müəllimləri” konfranslarında  Azərbaycan üzrə koordinator kimi fəaliyyət göstərib. Son illərdə SAF festivalı, “Sabahın alimləri” kimi müsabiqələrdə şagirləri ilə birlikdə qatılaraq nailiyyətlər qazanıb. “Scientix” şəbəkəsinin təşkil etdiyi müəllim müsabiqəsində zərrəciklər fizikası istiqamətində Avropa üzrə 4 müəllimdən biri kimi qalib olub.
O, təhsilin inkişafında göstərdiyi xidmətlərə görə Elm və Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi döş nişanı”na, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına, “European Schoolnet Academy”nin “Scientix” şəbəkəsinin “Scientix Mükafatı”na layiq görülüb."Azərbaycanda Azərbaycanı təmsil edəcəyəm. Bu, daha çətindir".
Son uğuru ilə bağlı “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində növbəti nailiyyətini “2013-cü ildən bəri qatıldığım inkişaf proqramlarının nəticələrindən biri” kimi izah edib: “Ən müasir tədris vasitələri, süni intellekt alətləri, bir sözlə, indiyədək proqramlarda öyrəndiyim nələr varsa, hamısını bu müsabiqədə tətbiq etdim. 5 səhifəlik böyük bir işdir. İnanıram ki, qalib olduqdan sonra onu müəllim həmkarlarımla da paylaşacağam”.
Final mərhələsi Azərbaycanda təşkil ediləcək tədbirlə bağlı sosial şəbəkələr vasitəsilə xəbər tutub. Müsabiqə yay tətilinə təsadüf etdiyindən şagirdlərini də cəlb edə bilməyib. Amma onlayn görüşərək onlarla fikir mübadiləsi aparıb və aldığı yaxşı ideyalarla müəllim müsabiqəsinə təkbaşına qoşulub: “Həmin ərəfədə eşitdim ki, Sumqayıt Dövlət Universiteti də bu prosesdə Oksford Universitetinin tərəfdaşı olacaq. Bu xəbər məni bir az da həvəsləndirdi”. 
Necə təmsil edəcəyinə gəlincə, bunu da şagirdləri ilə məsləhətləşəcək. Təklif etdiyi dərs modelini sürətlənmiş şəkildə öz şagirdlərinə tətbiq etmək, müsabiqəyə gördüyü işin nəticələri ilə getmək istəyir: “İstəyirəm onların qarşısına nəticə ilə çıxım, göstərim ki, bu, tətbiq olunan metodikadır, sadəcə kağız üzərində qalmayacaq. Onu da göstərmək istəyirəm ki, inkişaf edən bir ölkə olaraq Azərbaycanın təhsil sistemi də öz sözünü deyir”.
Müsabiqədə qazandığı uğurun sirrini belə izah edir: “Ümumiyyətlə, istənilən müsabiqə və yarışlara qatılanda oradakı təlimat və qaydaları yaxşı-yaxşı oxuyuram. Hardansa, hansısa subyektdən eşitdiyim fikirləri yox, təşkilat komitəsinin yaydığı meyarları mənimsəyib, sonra bu istiqamətdə işə başlayıram. Prosesi hansı məqsədlə təşkil etdiklərinə, gözləntinin nədən ibarət olduğuna diqqət edirəm. Uğurlu nəticələrimi məhz bununla bağlayıram. Respublika Elektron Təhsil Müsabiqəsinin “Müəllim bloqu” nominasiyasında, “eTwinning” layihəsi çərçivəsində “İnnovativ layihə” müsabiqəsinin tək qalibi olmuşam.
Scientix” portalında 4 qalibdən biri idim. Hər müsabiqəyə daha məsuliyyətlə qatılmışam. Hər dəfə də xoş bir həyəcanla nəticəni gözləmişəm”.
A.Əhmədova deyir ki, onun üzərinə bundan sonrakı prosesdə daha ciddi iş düşür: “Azərbaycanda Azərbaycanı təmsil edəcəyəm. Düşünürəm ki, bu, daha çətindir”.

15-10-2024, 11:15 426

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106