Müəllimlərə market, avtobus və metroda güzəşt?


“Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramının hazırlanmasını nəzərdə tutulur”.
Bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov bildirib. O qeyd edib ki, bu proqramdan müəllimlər, idarəedici heyət, direktor və direktor müavinləri, ümumiyyətlə, təhsil sahəsində çalışan hər kəs faydalana biləcək. 
Fondun sədrinin sözlərinə görə, “TələbəPlus” proqramının isə cari ildə 190 min tələbəni əhatə etməsi planlaşdırılır. "Növbəti illərdə bu sayın 250 minə çatdırılması nəzərdə tutulur. Bu layihə tələbələrin sosial, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addımdır. Burada bu günə qədər 300-dən çox şirkətlə (kafe, restoran, sağlamlıq mərkəzləri, özəl xəstəxanalar, kinoteatrlar və s.) əməkdaşlıq edilir". 
Elnur Nəsibov deyib ki, ümumilikdə 23 universitetlə müqavilə imzalanıb. Bu ali təhsil müəssisələri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan şəhərlərində yerləşir. 
Qeyd edək ki, artıq bir müddətdir tələbələrə “TələbəPlus” kartları verilib. Həmin kartlarda təqdim edilən yerlər, məsələn, dükanlar, əyləncə mərkəzlərində qiymətlər o qədər yüksəkdir ki, tələbələr bu kartlardan yararlana bilmirlər. 
İndi isə təhsil işçiləri üçün “TəhsilPlus” kartı nəzərdə tutulur. Daha çox müəllimlər üçün nəzərdə tutulan bu kartlar hansı sahələri əhatə etməlidir və əhəmiyyəti olacaqmı? 
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, bir müddət bundan əvvəl tələbələr üçün nəzərdə tutulan “TələbəPlus” kartları istifadəyə verilib:

“Hazırda müəllimlər üçün də belə kart nəzərdə tutulub. Tələbələrin ümidi var idi ki, xüsusilə ictimai nəqliyyatda, metroda güzəşlər tətbiq olunacaq. Hələ ki, bu istiqamətdə işlər gedir, konkret nəticə yoxdur. İctimai nəqliyyatda tələbələrə müəyyən güzəştlərin edilməsi ilə bağlı işlər görülməlidir. 
Məsələn, nəqliyyatın nağdsız ödənişə keçməsi, yaxud da müəyyən sistemlərin qurulması kimi amillər bu güzəşti ləngidir. Güzəştlərin şamil olunduğu sahələr daha çox tələbələr tərəfindən istifadə edilməyən, el dili ilə desək, "brend" olan dükanlar, əyləncə mərkəzləridir. Belə yerlərdən də bütün tələbələr istifadə etmirlər. Onlar üçün gündəlik tələbat olan yerlərdə, məsələn, super və hiper marketlərdə bu kartlar keçərli olarsa, daha məqsədəuyğundur. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələlərə qayıdılacaq”. 
Nəzərdə tutulur ki, tələbələr üçün olan güzəştlər müəllimlərə də şamil olunsun:
“Dünya praktikasında tələbələrə, müəllimlərə güzəşt var və geniş istifadə edilir. Elə ölkələr var ki, orada ictimai nəqliyyat tələbələr üçün ümumiyyətlə, pulsuzdur. Bəzi ölkələrdə ictimai nəqliyyatda tələbələrə gediş haqqının bir hissəsi bağışlanır. Azərbaycan dövləti daim təhsilə diqqət yetirir, əlçatanlığı təmin edir. Düşünürəm ki, yaxın gələcəkdə güzəşt məsələləri öz həllini tapacaq”,

22-01-2025, 13:52 119

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106