Sumqayıt Dövlət Universiteti tarixində ilk: SABAH-ın ilk məzunları diplom aldı

İyulun 8-də Heydər Əliyev Sarayında keçirilən "SABAH-ın Məzunu 2026" tədbiri Sumqayıt Dövlət Universiteti (SDU) üçün əlamətdar hadisə ilə yadda qalıb.

Sumqayit.tv xəbər verir ki, bu il ilk dəfə olaraq Sumqayıt Dövlət Universitetində təhsil alan SABAH qruplarının tələbələri ali təhsillərini başa vuraraq məzun adını qazanıblar.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, SABAH qruplarının məzunları və digər qonaqlar iştirak ediblər.

Mərasimdə Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli universitetin ilk SABAH məzunlarına diplomlarını təqdim edib. Rektor məzunları bu tarixi nailiyyət münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

Nurəli Yusifbəyli sosial şəbəkə hesabında paylaşdığı təbrik mesajında bu hadisənin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, ilk SABAH məzunları yalnız ali təhsillərini uğurla başa vuran gənclər deyil, eyni zamanda SDU-da SABAH təhsil modelinin ilk nümayəndələri kimi universitetin tarixinə öz adlarını yazdırıblar.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində ilk SABAH məzunlarının yetişməsi ali təhsil müəssisəsində tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin mühüm nəticəsi hesab olunur. Bu uğur universitetin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, gələcək SABAH tələbələri üçün də motivasiya mənbəyi kimi qiymətləndirilir.

 

 


11-07-2026, 12:35 60

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106