Təhsil naziri UNEC-də olub




Aprelin 13-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. 
 
Əvvəlcə universitetdə şəhidlərin xatirəsinə ucaldılmış Memorial-Xatirə Kompleksi ziyarət edilərək önünə əklil qoyulub və əziz xatirələri ehtiramla yad  edilib. 
 
Sonra təhsil naziri Emin Əmrullayev UNEC-in 7/24 kitabxanası və Ekstern Mərkəzi ilə tanış olub. Nazirə kitabxana, oxu zalı, Mərkəz barədə ətraflı məlumat verilib. Emin Əmrullayev UNEC-də yaradılan hibrid auditoriyalara da baxış keçirib. Universitetdə hazırda 50 hibrid auditoriyanın fəaliyyət göstərdiyi, daha 50 auditoriyanın da yaxın zamanlarda istifadəyə veriləcəyi nazirin diqqətə çatdırılıb.
 
Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyinin də açılışı baş tutub. Nazir UNEC-in yaranma tarixi barədə məlumatlandırılıb və tarixi sənədlərlə tanış olub.
 
Emin Əmrullayev ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan "Bloomberg" maliyyə laboratoriyasının açılışında da iştirak edib. Bildirilib ki, 12 "Bloomberg" terminalından ibarət laboratoriya UNEC-in bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verəcək. 
 
UNEC-də yaradılmış şəraitlə tanışlıqdan sonra təhsil naziri gənc müəllimlər və tələbələrlə görüşüb. 
 
Tələbələrlə görüşdə rektor Ədalət Muradov UNEC-in tədqiqat universitetinə çevrilməsi məqsədilə təhsil müəssisəsində magistrların payının daha da artırılacağını diqqətə çatdırıb.
 
Təhsil naziri  Emin Əmrullayev ölkədə ali təhsilin inkişafı istiqamətində görülən işlərdən, gələcək prioritetlərdən, tələbələrə dövlət dəstəyindən, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın mahiyyətindən danışıb. Tələbələrə fərdi bacarıqlarını inkişaf etdirməyi, elmi tədqiqatlara marağı daha artırmağı, innovativ layihələrdə fəal olmağı tövsiyə edən nazir, UNEC-də bu istiqamətdə bütün imkanların yaradıldığını vurğulayıb.
 
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Gənc müəllimlərlə görüş zamanı rektor Ədalət Muradov bildirib ki, hazırda universitetdə müəllimlərin 30 faizini gənc müəllimlər təşkil edir və bu proses davam etdiriləcək. 
 
Gənc müəllimlərin tədrisə cəlb olunmasının vacibliyindən söz açan Emin Əmrullayev son illər bu istiqamətdə müsbət tendensiyaların yarandığını deyib. Emin Əmrullayev gənc müəllimlərin tədrisin keyfiyyətinin artırılmasındakı rolundan, universitetlərin reytinqinə təsir edən amillərdən, kadr potensialının formalaşdırılmasından söz açıb. Ali təhsil sahəsində bu istiqamətdə aparılan islahatlar və görülən işlər barədə məlumat verib. 
 
Görüşün sonunda təhsil naziri gənc müəllimlərin təkliflərini dinləyib və suallarını cavablandırıb.

14-04-2022, 10:21 213

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106