Üzüm bakteriozu üzrə araşdırma aparılıb

Sumqayit.tv xəbər verir ki, Üzüm bakteriozunun/Pirs xəstəliyinin (Xylella fastidiosa/Pierce disease) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlili həyata keçirilib. Risk təhlilində ölkədaxaili və beynəlxalq ticarətin karantin qaydalarına uyğun olaraq, xəstəlikdən azad əkin materialından istifadə edilmiş tinglər məhsuldar sahələrə köçürülən andan bitkinin bütün inkişaf mərhələlərinin sonuna qədər nəticələr təhlil edilib.
Üzümün bakteriozu xəstəliyi tropik və subtropik ərazilərin müxtəlif növ iqlim qurşaqlarında, eləcə də daha mülayim və hətta kontinental iqlim qurşaqlarında meydana gəlib. Aparılan araşdırmalara əsasən, patogenin müxtəlif növ üzümlərdə çiçəkləri məhv etmə potensialı yüksək olduğu üçün karantin tədbirlərinə ciddi əməl edilməsi əsas şərtlərdəndir. Xəstəliyin vaxtında aşkar edilməsi və qarşısının alınması, əkin materialı ixracında ciddi problemlər yaratmır, lakin əkin materiallarının dövriyyəsi risk faktoru hesab edilir.
Ümumiyyətlə, X. fastidiosa-nın 595 sahib bitkisi olduğu müəyyən edilib (EFSA, 2020) ki, bunlardan 343-ü bakteriyanın təsbit edilməsi məqsədilə ən az iki fərqli molekulyar test istifadə edilərək təsdiqlənib və bu bitki növlərinin bir çoxunun təbii şəraitdə yoluxduğu aşkar edilib. X. fastidiosanın ən geniş yayılan sahib bitkiləri üzüm, naringi, badam, zeytun, şaftalı, ərik, oleandr və qəhvədir. Bakteriyaya avokado, qarağat, yapon gavalısı, gavalı, alça və qırmızı tut kimi digər meyvə bitkilərində də rast gəlinib. X. fastidiosa xəstəliyinin simptomları olduqca müxtəlif olub, hər bir bitkinin spesifik böyümə şərtləri və fenoloji mərhələsi daxil olmaqla ətraf mühit amillərindən çox asılıdır. Ksilema borularının bakteriya səbəbindən tıxanması nəticəsində mineral maddələrin və suyun daşınmasının qarşısı alınır və nəticədə xəstəliyin simptomları meydana gəlir. Üzüm bitkisi üçün ilkin əlamətlərə yarpağın dilimli hissələrinin quruyaraq qəhvəyi rəngə çevrilməsi və nəticədə nekrotikləşməsi aiddir. Belə yarpaqlar büzüşərək tökülür, yarpaq saplağı isə zoğda qalır. Daha sonrakı illərdə də sirayətlənmiş bitki zəif inkişaf edir, zoğları qısa, xlorozlu olur. Çox həssas olan üzüm növləri yalnız 2-3 ilə qədər, daha davamlı sortlarda isə xroniki infeksiyaya rast gəlinir və bu bitkilər 5 ildən çox müddətdə yaşama qabiliyyətini saxlaya bilir.
X. fastidiosa sadəcə ksilemdə yaşayan, gram-neqativ, gec inkişaf edən çubuq şəkilli, qamçısız və hərəkətsiz bakteriyadır və sahib bitkilərin ksilemində əlamətsiz aşkar edilə bilir. Bakteriyanın inkişafı üçün optimal temperatur 26-28° C-dir. Bakteriyanın geniş sahib bitki ardıcıllığına malik olması baxımından xəstəliyin tam şəkildə məhv edilməsi imkansızdır. Xəstəliyin yoluxmamış ərazilərə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə xaricdən gətirilən bitki materialları, sahib bitki və vektorlar üzərində yoxlamalar aparmaq, ciddi fitosanitar tədbirləri tətbiq etmək əsas şərtlərdən biridir. Bundan əlavə, patogendən azad, sertifikatlı tinglərdən istifadə edilməli, yoluxmuş bölgələrdən gətirilən tinglər 3 saat müddətində 45° C temperaturda olan suda saxlanılmalıdır. Üzüm bitkisinin yoluxmuş budaq və zoğları xəstəliyin olmadığı yerə qədər budanmalı və budanmış bitki qalıqları məhv edilməlidir. İnfeksiyalı bitkilər və daşıyıcı vektor həşəratların bir yerdən digərinə keçməsinin qarşısının alınması, yoluxmuş bitkilərin aradan qaldırılması kimi bəzi tədbirlərin eyni zamanda tətbiq edilməsi ilə bakteriyanın yayılmasının qarşısı alına bilər və ya müəyyən səviyyədə azaldıla bilər.
Hazırda AQTİ mütəxəssisləri tərəfindən sahələrdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir və sahibkarlıq subyektlərinə lazımi metodiki dəstək göstərilir.

30-08-2021, 12:19 287

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106