Türkmənistan geri çəkilir? – “Nə Bakı, nə də Ankara...”


“Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək”.
Sumqayit.tv xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan prezidentinin gündəmə gətirdiyi “Transxəzər” projesi ətrafındakı duruma diqqət çəkib:
“Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “Transxəzər” layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də, bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı. Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. “Transxəzər” layihəsinin kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyil. İkincisi, bu layihə təsdiq olunsa belə, Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu, Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.


Buna baxmayaraq, İlham Əliyev “Transxəzər” layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti “Transxəzər” layihəsinə maraq göstərmir, əksinə, bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib”.

Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı?
Elxan Şahinoğlu hesab edir ki, belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək:
“Çünki “Transxəzər” layihəsinin də adından göründüyü kimi, Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək.
Türkiyə “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsın” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq”.
Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı?
Elxan Şahinoğlu hesab edir ki, belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək:
“Çünki “Transxəzər” layihəsinin də adından göründüyü kimi, Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək.
Türkiyə “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsın” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq”.


12-01-2023, 15:55 139

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106