Qlobal arenada İslamofobiya hansı səbəblərdən yaranır? -ARAŞDIRMA



İslamofobiya etimoloji cəhətdən İslam qorxusu kimi İslama və ya müsəlmanlara qarşı düşmənçilik anlayışını ifadə edən bir termindir. İslamofobiya İslama və müsəlmanlara qarşı irrasional qorxuya və ya qərəzli münasibətə istinad edir, çox vaxt müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq aktlarına gətirib çıxarır. Oksford İngilis dili lüğətinə görə, bu söz "İslamdan güclü nifrət və ya qorxu, xüsusən də siyasi qüvvə kimi müsəlmanlara qarşı düşmənçilik və ya qərəz" mənasını verir. Bu termin ilk dəfə 1990-cə illərdə istifadə olunmağa başladı. “İslamofobiya:hamımız üçün bir təhdit” adlı 1997-ci ildə nəşr olunan Rannimed hesabatı, dövrün İngiltərə daxili işlər naziri Cak Strou tərəfindən hazırlatıldı. Bu baxımdan "islamofobiya" İslam və müsəlmanlar haqqında sosial narahatlığı ifadə edir. 

Mahiyyəti
İslamofobiya mahiyyət olaraq  mövcud avrosentrik və şərqçi qlobal güc strukturları tərəfindən təhrik edilən uydurma qorxu və ya qərəzdir. Bu ikibaşlı mənaya gəlir. “Başqasını” düşmən elan etmək niyyətinə dayanır. Tarix boyu qərblilərin islama qarşı qərəzli yanaşma, tənqiddən daha çox təhqir etmə tendensiyaları müşahidə edilir. Bu “başqa düşmən” obrazı yaratmaqla öz dəyərlərini mühafizə etmək mənasına da gəlir. Orta əsrlərdə Qərb mədəniyyəti tərəfindən dini və teolojik arqumentlərlə yadlaşdırılan İslam mədəniyyəti, hazırda siyasi və sekulyar arqumentlərlə təhlükəsizlik problemi kimi qəbul edilir. “İslami təhdid” beynəlxalq münasibətlərdən tutmuş sosial seferaya qədər hər yerdə istifadə olunur. Buna “sivilizasiya reabilitasiyası”da demək olar. 
Samuel Hantinqtonun "mədəniyyətlərin toqquşması" (Clash of Civilizations) konsepsiyasını da bu kontekstdə başa düşmək lazımdır. Belə ki, hərbi güc, xüsusilə qlobal siyasət və təhlükəsizlik məsələləri baxımından ABŞ, İngiltərə və Fransanın xüsusi çəkisi var. Dünya ictimaiyyəti (World Community) anlayışı da bu siyasətə istinad edir. Hantiqtonun mədəniyyətlərə dair strateji konsepsiyası digər mədəniyyətlərin mövcudluğunun dialoq üçün deyil, labüd konfliktlərin istiqamətlərinin müəyyən edilməsi məqsədilə istifadə olunur. Hantiqtona görə İslam dünyası gücsüz olmasına rağmən sivilizasiyalar arasında Qərbə etiraz etmə ehtimalı ən yüksək olan sivilizasiyadır. Ona görə İslam və Qərb mədəniyyətləri bir-birlərinə tərs mütanasibdirlər və qərb bundan istifadə edərək özü üçün düşmən obrazını formalaşdırmalıdır. Bu mənada İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı ayrı-seçkilik və müsəlmanların əsas cəmiyyətdən kənarlaşdırılmasına haqq qazandırmaq üçün istifadə olunur.
Müasir dövrdə bir çox tədqiqatçı, islamofobiyanı ksenofobiyanın və ya irqçiliyin bir forması hesab edir. Bu kontekstdə islamafobiya müsəlmanlara qarşı irqçilik və anti-Asiya, anti-türk və ərəb irqçiliyinin davamı olaraq bilinir.  İslamofob diskursların formalaşması irqi təəssübkeşliyin digər formalarının inkişafı ilə paralel olduğu iddia olunur. Ancaq bəzi sosioloqlara görə irqçilik və islamofobiya “analitik olaraq fərqlidir”, lakin “empirik olaraq bir-biri ilə əlaqəlidir”. İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası (ECRI) islamofobiyanı “İslama, müsəlmanlara və onlara aid məsələlərə qarşı qorxu və ya qərəzli baxış” olaraq qəbul edir. İslamofobiya insan hüquqlarının pozulması və sosial birliyə təhlükədir”.
Bəzi tədqiqatçılara görə Qərbdə artan islamofobiya multikulturalizmin inkarının artması ilə bağlıdır. Bu mənada “İslamofobiya multikulturalizmin “fobiyası”dır və İslamın  Qərbdə transkultural proseslər vasitəsilə yarada biləcəyi pozucu təsirdir.” Qərbdə islamofobiyaya səbəb olan digər əsas səbəb ciddi məlumatsızlıqdır.  Müsəlmanların  “özgə” kimi qələmə verilməsi, milli adət-ənənə və mənsubiyyəti ilə fərqlənən din və sivilizasiya zəminində təcrid və ayrı-seçkiliyin baş verdiyi bir sıra cəmiyyətlərdə islamofobiya reallaşıb. İslamofobiya özü irqçilik olmasa da, bu hiss irqçiliklə əhəmiyyətli dərəcədə qarşılıqlı əlaqədədir. 
İslamofobiya son illərdə ifrat sağçı siyasətçilər, bəzi qlobal media qurumları sayəsində populyarlaşdı. Bunların hamısı müsəlmanları yaramaz və ya daha pis kimi təqdim edərkən siyasi alovlardan istifadə edir. Xəbər proqramlarında, siyasi platformalarda və televiziya dramlarında müsəlmanlar başqa bir dini qrup üçün ağlasığmaz üsullarla aşağılanır, şeytanlaşdırılır və insanlıqdan kənarlaşdırılır. Bu sui-istifadənin miqyası o qədər böyükdür ki, LDS (İsa Kilsəsi və Son Gün Müqəddəsləri, adətən Mormonlar kimi tanınır) üzvləri müsəlmanlarda təqib, sürgün və qətl də daxil olmaqla, öz zülmlərinin xatırlatmalarını görürlər. Bu tendensiyada yəhudi qrupları da dərin ağrılı və faciəli keçmişin əks-sədalarını görərək, müsəlmanlara qarşı rəftardan dərin narahatlıqlarını ifadə edirlər.
2001-ci il 11 sentyabr hücumlarından sonra "İslam Dövləti" təşkilatının yüksəlişindən sonra aparılan araşdırmalar həm ABŞ-da, həm də Avropada islamofob hərəkətlərin artdığını göstərir. Müxtəlif ölkələrdə onun qurbanlarını müdafiə etmək üçün birliklər yaradılıb. Çoxlu hücumlar və zorakılıqlar islamafobiyadan qaynaqlanır. Ən diqqətçəkənlər arasında Christchurch şəhərində iki məscidə hücum (51 ölü və 49 yaralı), Kvebek Böyük Məscidinə hücum (6 ölü və bir neçə yaralı), həmçinin Oslo və Utoya (77 ölü və 151 yaralı), hamısı islamofob terrorçular tərəfindən törədilmişdir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsindən sonra 15 mart İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edilmişdir.  
Qlobal arenada İslamofobiya kimi digər irqi ayriseçkilik, antisemitizm, rasizm və s. tendensiyalar məhz multikultural mühitin və tolerantlığın zəif olması nəticəsində ortaya çıxır. Buna görə də hazırda bu problemlərin həlli üçün multikulturalizmin təqdim etdiyi həll yollarına istinad etmək vacibdir. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 
Analitik qrupu

3-02-2023, 13:17 180

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106