“Qanuni oğru” və çayxana müdiri Səttar Bəhlulzadəni Moskvaya necə aparıb? –TARİX

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev  görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadə haqqında maraqlı xatirəsini paylaşıb.
Azpost.info bu paylaşımı oxucularına təqdim edir:

Yəqin ki, dünyada dostu olmayan adam yoxdur. Xalq rəssamı Səttar Bəhlulzadənin isə dost sarıdan bəxti yaman gətirmişdi. Azərbaycanda gəzmədiyi yer qalmadığı kimi, bu yerlərdən dost qazanmadan qayıtdığı səfəri də olmamışdı. Onların arasında uşaq da vardı, böyük də… Alim də vardı, çoban da… Kasıb da vardı, varlı da… Vəzifəlisi də vardı, vəzifəsizi də… Hamısına da bir gözlə baxardı. Ürəyinə yatan adama təmənnasız əsərlərini bağışlayardı. Xoşlamadığı nazirə əsərinə verməz, yeri gələndə belələrinə iradını bildirməkdən də çəkinməzdi…

Səttarın ürəyinə yatan dostlarından biri də sovet dönəmində “Azneft” dairəsinin yaxınlığında, Qala divarlarının lap dibində yerləşən çayxananın müdiri zabratlı Gülmurad Kərimov idi. Səttarı pataxtdakı digər çayxanalarda da görmək olardı, amma ən çox üz tutduğu yer Gülmuradın çayxanası idi.

Səttar onun SSRİ məkanında “Qanuni oğru” kimi tanınan dostu Ağabala Babayev (Doktor Ağoppa) və Xamislə də dost idi. Onların ünsiyyətlərinə dəfələrlə şahidlik etdiyimdən, onların bir-birinn yolunda ölümə getməyə belə hazır olduqlarını deyə bilərəm…

Səttarın ən çətin vaxtlarında güvəndiyi adam məhz Gülmurad olmuşdu. Bu yerdə bir hadisəni xatırlamağa ehtiyac duyuram…
1973-cü ildə Moskvada fərdi sərgisinin açılışı baş tutsa da, onu ora getməyə qoymamışdılar. Belə ki, rəssam sağalmaz xəstəliyə tutulduğundan Sabunçu xəstəxanasında müalicə olunurdu. Bununla belə o, Moskvaa getmək istəyirdi. Amma xəstəxanada isə onu ləngidir, Moskvaya getməsinə maneçilik törədirdilər. Çünki, həm də Nəsiminin 600 illik yubileyi münasibətilə təşkil olunacaq S.Bəhlulzadənin sərgisinin açılışına respublika rəhbəri H.Əliyevin gələcəyi gözlənilirdi. Rəsmi dairələr isə xəstə rəssamla onun görüşünün baş tutmasını istəmir, respublika rəhbərinin xəstəliyə yoluxacağından ehtiyat edirdilər. Odur ki, Sabunçu xəstəxanasının baş həkiminə Səttarın ləngidilməsi tapşırılmışdı. İş elə gətirir ki, nə H.Əliyev sərginin açılışına gəlir, nə də rəssam fərdi sərgisinin açılışında iştirak edə bilir.

Sərginin açılışında iştirak edən bəstəkar dostu Arif Məlikov ekspozisiya haqqında xüsusi albom hazırlatdırıb Bakıya qayıdanda və Səttar yaradıcılığının uğurunu görəndə heç bir maneəyə baxmadan Moskvaya getməyə qərar verir. Bu işdə ona məhz Gülmurad kömək edir. Onun aeroporta girişinə qadağa qoyulduğundan, Gülmurad həkim dostlarından Səttarda yoluxucu xəstəliyin olmadığı barədə arayış alır və Bakı-Moskva qatarı ilə onu Moskvaya aparır. Təbii ki, “Qanuni oğru” Ağabala və iş adamı Xamis də onun yanında olur. Onlar əvvəlcə sərgiyə baxır, axşamı “Praqa” restoranında moskvalı dostları ilə Gülmuradın verdiyi ziyafətdə iştirak edirlər. Səttar dostlarını da moskvalılara sadəcə “nazir müavinləri” kimi təqdim edir. Səhərisi gün isə xəstəxanada əməliyyat olunur…

Oradan qayıdandan sonra yaşadığı bir il ərzində rəssam çox məhsuldar işləmiş, çəkdiyi əsərlərin bir çoxunu da Gülmurada hədiyyə etmişdi. Səttarın yoxluğundan sonra Gülmuradın “Vətən” kinoteatrının yaxınlığındakı evində görüşdük. Şəkər xəstəliyinə tutulduğundan gözləri görmürdü. Amma ayağa durub Səttarın çəkdiyi mənzərənin qarşısanda dayanar, orada nə təsvir olunduğunu bütün dəqiqliyi ilə söyləyərdi. Onun əsəri necə məhəbbətlə vəsf etməsini sözlə ifadə etməkdə çətinlik çəkirəm, bunu ancaq görmək lazım idi…

Doxsanıncı illərdə dünyasını dəyişən Gülmurad Kərimov böyük fırça ustası Səttar Bəhlulzadənin həyatında oynadığı mühüm rola görə bu gün də xatırlanırvə yəqin ki, bu həmişə belə olacaq. Onun əməlləri də, dostluqda əsl sədaət nümunəsi göstərməsi, eləcə də “Yubiley” televiziya filmində Səttar barəsində söylədikləri heç vaxt unudulmayacaq tarixdir…

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

4-03-2023, 11:43 305

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106