Vətən müharibəsi şəhidi haqqında film hazırlandı-VİDEO


O, sanki şəhidlik üçün doğulmuşdu. Uşaqlıqdan digər qardaşlarından seçilirdi. Şəhid Mübariz İbrahimov məktəbini özünə örnək seçərək hərbi sahəni seçmiş və bir gün arzusunda olduğu məqama ucalmaq üçün gününü gözləyirdi. Haqqında danışacağımız bu qəhraman minlərlə igidlərdən biri kimi bizlər üçün özünü fəda edərək əbədiyyətə ucaldı. Daim addımladığı Haqqa doğru yolunu şəhidliklə sonlandırdı.
Ailədə ən kiçik övlad idi. Lakin həm evdə, həm qohum əqraba yanında, həm elə yaşadığı kənddə digərləri onu ağsaqqal olaraq görürdü. Uşaqlıqdan Allaha bağlı olan Elvin ibadətlərini daim yerinə yetirər, hər zaman Uca Yaradanın buyurduğu kimi rəftar edərdi. Elvinin şəhidliyə qarşı frqli bir sevgisi var idi. O, özünü bu məqamda görür və sanki seçilmiş olduğunu bilirdi. Bir gün bu uca dərəcəyə çatacağına əmin idi.
O, vəsiyyətini də etmişdi. Ailə üzvlərini, doğmalarını, əzizlərini bir gün gedəcəyinə hələ sağlığında öyrəşdirirdi. Allaha olan imanı, Vətənə olan sevgisi bu qəhraman igidin həyat yolunu müəyyən etmişdi.
Elvin ailəli idi. Ondan yadigar bir Sevinci qalıb. Qız övladı daha şirin olur deyirlər. Elvin də Sevinc balasını əzizləyir, dizləri, gözləri üstündə böyüdürdü. Lakin ali məqama doğru yolunda hər şey ikinci plana keçirdi. Çünki Elvinin böyük hədəfi əvvəlcədən bəlli idi.
Şəhidlik uca məqamdır. Amma bir insanın itkisi valideyinləri, qardaş-bacını, həyat yoldaşını, övladları yandırır. Elvin bu gün həyatda olmasa da özündən sonra qoyduğu uca adın kölgəsində sevdikləri onunla qürur duyur.
Şəhidlər ölmür. Bizimlə birlikdə yaşayır və bu gün hər aldığımız nəfəsdə onların payının olduğunu unutmamalıyıq. Çünki uca zirvədən bizə baxan şəhidlərimiz onları xatırladıqca sevinir və verdikləri ali tövhə ilə bir daha qürur duyurlar.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Elvin Tərlan oğlu Məmmədov 12 dekabr 1992-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olub. 1998-2008-ci illərdə Xırmandalı kənd 1 nömrəli tam orta məktəbdə əsas təhsilini başa vurub, 2011-ci ilin yanvarından 2012-ci ilin iyul ayına qədər Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2014-cü ildən yenidən hərbi xidmətə qayıdaraq Daxili Qoşunların N saylı hərbi hissəsində çavuş kimi xidmətə başlayıb.
Elvin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib və  Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Elvin Məmmədov 3 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kənd məzarlığında dəfn olunub.
Azərbaycan Prezidentinin Sərəncamları ilə Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Ailəli idi, 1 qızı yadigar qalıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
“Mübarizim Prodakşn” şəhid haqqında səbədli film hazırlayıb. Filmi təqdim edirik:


1-04-2024, 17:11 200

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106