Admiral Nelson - tək əl, tək göz, tək ayaq

Bir kənd keşişinin 11 uşağından altıncısı olan Nelson 12 yaşındaykən donanmaya qatılır. Ailədə 11 uşaq içərisində ən zəif və tez-tez xəstələnəni Horatsio Nelson idi. Bütün qohum-əqrəbalarının din adamları olduqlarına görə Nelsonun dənizçi olacağı ağılasığmaz idi. Şərq və Qərb Hind adaları ilə Şimal Qütb Bölgəsindəki vəzifəsini ta­mamladığında 18 yaşında idi. Səfərlərdən qayıdan Nelson artıq mahir dənizçi idi. Doğma dayısının rəhbərlik etdiyi  “Trayemfom”  gəmisində işə başlayır, bu müddət ərzində o, üzmək öyrənir, navigasiyaya dərin maraq göstərir. Və 20 yaşında gəmi kapitanı olur. Kapitan olarkən Nelson matroslara qarşı qəddar davranışı ləğv edir. Matroslar arasında Nelsonun ləqəbi `Sarsılmaz` idi.  

1787-ci il 11 mart tarixində Horatsio Nelson Farri Nisbetlə evlənir. Amma bu evlilik uğursuz alınir. Farri dardüşüncəli və təcrübəsiz biri idi. Nelson isə həmişə qadının daxilinə fikir verdiyini söyləyirdi. Ailə uğursuzluğundan sonra Nelson yenidən donanmaya qayıdır. Həmin il Fransa İngiltərəyə müharibə elan etmişdi. Horatsio Nelson 64 düyməli “Aqamemnon”  xətli gəmiyə kapitan təyin olunur. 1794-cü ildə Aralıq dənizindəki ingilis flotuna qoşularaq Korsika adasının alınmasında birbaşa iştirak edir. Bu döyüşdə Nelson sağ gözünü itirir.  

 1797-ci ildə Portuqaliyanın cənub-qərb sahilində Nelsonun ispanlarla döyüşü baş verir. San-Visenti boğazı yaxınlığında Nelson ispanların böyük dəstəsinə hücum edib onları məhv etmək qərarına gəlir. Bu yolda ona kapitan Kollinqvurd kömək edir. Düşmənin gəmiləri və Santa-Kruz-de- Tenerife  şəhəri ələ keçirilir. Beləliklə, Nelson özü iki düşmən gəmisini admiralla bərabər çəkib aparır. O vaxtdan bu cür manevr  “Nelson Körpüsü”  adlanır. Bu döyüşdə Nelson sağ qolunu itirir. Qalibiyyətdən sonra isə Nelson kontr — admiral rütbəsini və zadəgan dərəcəsini alır.  

 1799-cu ildə Nelson Neapola göndərilir. Burada Emma Hamiltonla romanları başlayır və bir qızı olur. Bütün cəhdlərinə baxmayaraq, Admiral Nelson Neapolu xilas edə bilmir, şəhər fransızların əlinə keçir.   1805-ci il 21 oktyabr tarixində hamıya məlum olan bir döyüş baş verdi ― Trafalgar döyüşü. Döyüşdə 449 nəfər öldü, 1214 nəfər ağır yaralandı. Tarafalgar döyüşündə Admiral Nelson ayağını  itirir. Atlantik okean və İspaniya yaxınlığındakı bu döyüş Admiral Nelsonun itkisi ilə nəticələnir. Düşmən qalib gəlir.

  AZENS.AZ

14-05-2022, 15:00 528

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106