Bakı-Sumqayıt sürət qatarında sərnişin sıxlığını necə azaltmaq olar? – TƏKLİF

Bildiyiniz kimi dünən Bakı Dəmir Yolu Vağzalında Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri qatarların gecikməsi səbəbindən sıxlığın yaşanmasından stansiya rəhbərliyinə etiraz ediblər.
Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın daha da artmasına səbəb olub.Hətta dünən səhər saatlarında sıxlığın yaranması və qatardakı kondisionerlərin işləməməsindən sərnişinlərdən birinin halı pisləşib.
Etiraz edənlər bu elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşdiyini bildiriblər.
Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC “Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə qatarların hərəkət qrafikində hissəvi dəyişiklik ediləcəyini bəyan edib.
Ümumiyyətlə Sumqayıt- Bakı marşrutu üzrə hərəkət edən sürət qatarı ilə bağlı problemlər mütəmadi olaraq yaşanır və mətbuatda tez-tez işıqlanır.Mövcud problemin – adıçəkilən sürət qatarında sıxlığın yaranmasının səbəblərindən biri də yeni tədris ilinin başlamasıdır. Beləki, Sumqayıtda yaşayan tələbələrin oxuduqları ali təhsil müəssisələrinə getmək üçün istifafə etdiyi əsas nəqliyyət vasitəsindən biri də Bakı-Sumqayıt sürət qatarıdır.Təhsil ilinin başlaması ilə Bakı-Sumqayıt sürət qatarına sərnişin axınının artması qatarda sıxlığın pik həddə çatmasına gətirib çıxarır.
Bu sıxlığın aradan qaldırılması üçün çıxış yollarından biri kimi , hər gün Sumqayıtdan Bakıya gedən tələbələrin çoxluğunu nəzərə alıb xüsusi olaraq tələbələr üçün əlavə Sumqayıt-Bakı marşrutunu xəttə buraxmaq olar. Belə olacağı təqdirdə yaşanan sərnişin sıxlığının qarşısını xeyli almaq mümkün olar.

Müəllif: Nihat Kərimli

7-10-2022, 16:22 302

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106