İranın anlaşılmaz davranışları...Görəsən İran nə demək istəyir?


Belə bir misal var "Uzaq qohumdansa yaxın qonşu yaxındır".Təəssüflər olsun ki, bu ifadə bizim xalqa şamil deyil. Özümüz qonaqpərvər, mehriban, gülərüz və ən əsası səmimi olduğumuz halda, can qardaş qonşumuz Türkiyəmizi çıxmaqla, regionda digər olan qonşularımız bizə istədiyimiz həmin isti münasibəti göstərmir. Belə qonşularımızdan ən bariz olanı üzdə bizlərə "din qardaşı" deyən, əslində isə daxilində kin və kidurət bəsləyən cənub qonşumuz İran İslam Respublikasıdır - vaxtiylə ikiyə bölünmüş Azərbaycanımızı sevməyən İran...Bəs görəsən nədir bu antiAzərbaycan sevgisi?? İllər və əsrlər boyu fars və türk tayfaları bir yerdə yaşayıblar. Üstəlik, yaxın, özü də olduqca çox yaxın qonşular olublar. Ancaq nədənsə bu məsafə, yaxınlıq qəlb yaxınlığı ilə olmayıb. Uzağa getməyək. Yaxın tarixə - həm birinci Qarabağ müharibəsi, həm də ikinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı "yaxın qonşumuz" İranın sərgilədiyi mövqeyə nəzər yetirək. Öz müsəlman qardaş dövlətinə dəstək olmaq əvəzinə din düşməni Ermənistanın yanında oldu. Anlaşılmaz bir hərəkət.Bu necə müsəlman dövlət mövqeyidir ki, öz qonşu din dövlətinə dəstək olmaq əvəzinə onun düşməninə dəstək oldu. Bildiyin halda ki Azərbaycanımızda da Şiə məzhəbindən olan camaat var və sayları da heç də az deyil. İran sən də üstəlik özünü Şiə dünyasının mərkəzi hesab edirsən. Amma qonşu müsəlman dövlətinə, Şiə camaatının yaşadığı dövlətə dəstək olmursan. Həmçinin bildiyin halda ki Qarabağda Şiə Cəfəri məzhəb nümayəndələri yaşayıblar. 65 məscidin 63-ü, dini ziyarətgahlar, dini abidələr dağıdılıb. Xocalı şəhərində əsrin faciəsi yaşanıb. Cənab prezidentimiz İlham Əliyev demişkən "vəhşi düşmən İslami dəyərləri təhqir etmişdir". Amma sənin ey İran, bütün bu zülmlər qarşısında səsin belə çıxmadı. Ən pisi isə etdiyin bu haqsız hərəkətlərindən peşmanlıq duymaq əvəzinə utanmadan etdiklərinə iki səbəbi bəhanə etdin "Sionizm və Pantürküzm"
Ardı var
Rəşid Bozqurd 

16-11-2022, 11:45 243

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106