Bakı-Sumqayıt yolunda sərnişin daşıyan avtobuslara nəzarət edilirmi? - Araşdırma

Bakı-Sumqayıt yolunda sərnişin daşıyan avtobuslara nəzarət edilirmi? - Araşdırma
 
Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir. Son günlər bu yolda bir çox sərnişinin xəsarət aldığı avtobus qəzaları baş verib. Yol-nəqliyyat hadisələrinin sayının artmasında bir sıra amillər rol oynayır. Burada yol infrastrukturundan tutmuş sürücülərin davranışlarına qədər bir çox amilləri qeyd etmək olar. Təəssüf ki, bu tip avtobusların böyük əksəriyyəti bir neçə dəfə qəzaya düşdüyünə görə, təhülkəsizlik yastığı, ümumiyyətlə, işləmir. Qəza anında bu yastıqlar açılmır və insanı qorumur. Həmçinin, təhülkəsizlik kəmərindən çox az insan istifadə edir. Bütün bunlar son nəticədə ağır fəsadlara və ölüm hallarının sayının artmasına gətirib çıxarır.
Görəsən, Bakı-Sumqayıt yolunda sərnişin daşıyan fərdi avtobusların hərəkətinə necə nəzarət olunur? Onların idarə etdiyi maşınların texniki baxışdan keçirilirməsinə nəzarət edilirmi?        
Bakı-Sumqayıt yolunda sərnişin daşıyan avtobuslara nəzarət edilirmi? - Araşdırma
 
Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə Xeberle.com-a açıqlamasında deyib ki, təkcə sərnişin avtobuslarında deyil, məktəb sevisləri, beynəlxalq sərnişindaşıma və rayonlararası avtobuslarda da bu problem yaşanmaqdadır:
"Onsuzda texniki baxışdan keçməsələr cərimələnirlər. Bu baxımdan, məcburi texniki baxışdan keçirlər. Düzdür, ildə bir dəfə texniki baxışdan keçirilir. Amma bu kifayətdirmi? Avtobuslarda il ərzində bir çox nasazlıqlar yarana bilər. Bu cür nasazlıqlar da qəzaya gətirib çıxarır. Bundan əlavə sürücü təcrübəsi, məsuliyyəti, mədəniyyəti olması, psixoloji və narkoloji bağımlılığı olmaması önəmlidir. Mən hələ də Azərbaycanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etdiyini görməmişəm. Bunu sərnişinlərdən sürücülər də tələb etmir. Reyd keçirilsə görərik ki, bəzi avtobuslarda sərnişinlər üçün təhlükəsizlik kəməri yoxdur, bəzilərində isə işləmir. Bu da ciddi problemdir. Ən pisi odur ki, sürücünün özü də təhlükəsizlik kəmərindən istifadə etmir. Peşəkar sürücülər bilir ki, sürücü kəmər taxmadığı zaman idarəetməni itirir. Yol-nəqliyyat hadisəsi zamanı ən pisi insanın əlil qalması və ya azadlıqdan məhrum olmasıdır. Bacardıqca diqqətimiz avtomobildə olmalıdır. Onu da qeyd edək ki, ictimai nəqliyyatda sürücülər mobil telefonlardan istifadə edir. Bəzi sürücülər hətta tik-tok sosial şəbəkəsində canlı yayım da açır. Bu cür halların baş verməsi yolverilməzdir və fikri yayındırır. Bu cür sürücləri cərimələmək lazımdır”. 
Bakı-Sumqayıt yolunda sərnişin daşıyan avtobuslara nəzarət edilirmi? - Araşdırma
 
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan Xeberle.com-a bildirilib ki, yayınma, marşrutdan kənarlaşma, sürət həddinin aşması aşkarlandıqda, daşıyıcılara bu barədə xəbərdarlıq edilir: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avtomatlaşdırılmış monitorinq sistemi vasitəsilə avtobusun hərəkəti izlənilir. Yayınma, marşrutdan kənarlaşma, sürət həddinin aşması aşkarlandıqda, daşıyıcılara bu barədə xəbərdarlıq edilir. Bu hallar təkrarlandıqda isə marşrut müsabiqəyə çıxarılır. AYNA tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara xəbərdarlıq olunaraq sərnişindaşıma qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi barədə tapşırıqlar da verilir. Müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar gündəlik reysqabağı texniki baxışdan keçirilir, sürücülər isə tibbi müayinəyə cəlb olunurlar”.
Elşən Yəhyayev

26-12-2023, 11:00 198

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106