9 Noyabr – Milli birliyimizin və suverenliyimizin təntənəsi

 

Azərbaycanın dövlətçilik salnaməsində 9 Noyabr xüsusi vətənpərvərlik, milli qürur və dövlət suverenliyinin təntənəsi kimi tarixə yazılıb. Bu gün təkcə bir dövlət atributunun deyil, müstəqil Azərbaycan dövlətinin əzəmətinin, xalqın birliyinin və milli kimliyimizin simvoludur.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayraq — mavi, qırmızı və yaşıl rənglərin harmoniyası, xalqımızın tarixi köklərini, milli mənsubiyyətini və gələcəyə inamını ifadə edir. Mavi rəng türklüyümüzü, qırmızı — müasirlik, tərəqqi və demokratiyanı, yaşıl isə İslam mədəniyyətinə bağlılığımızı əks etdirir. Ağ ay və səkkizguşəli ulduzla bəzədilmiş bu bayraq Azərbaycan xalqının milli ideologiyasının, istiqlal ruhunun və dövlət müstəqilliyinin rəmzidir.

Sovet işğalı illərində üçrəngli bayraq rəsmi şəkildə endirilsə də, xalqımızın yaddaşında və qəlbində daim dalğalanırdı. O, azadlıq, istiqlal və milli dirçəliş uğrunda mübarizənin, azərbaycançılıq ideyasının simvoluna çevrilmişdi. 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq yenidən Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət rəmzi kimi qəbul olundu və qısa müddət sonra müstəqil Azərbaycan Respublikasının dövlət atributu statusuna yüksəldi.

Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulamışdı ki, “Azərbaycan bayrağı dövlətçiliyimizin, milli birliyimizin və müstəqilliyimizin ən ali simvoludur.” Məhz onun müəyyənləşdirdiyi siyasi xəttin uğurlu davamı nəticəsində bu gün üçrəngli bayrağımız dünyanın hər bir guşəsində, beynəlxalq tribunalar və qələbə meydanlarında dalğalanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının əldə etdiyi böyük uğurlar, iqtisadi güc, siyasi sabitlik və beynəlxalq nüfuz bayrağımızın mənəvi çəkisini daha da artırmışdır. Xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, bayrağımızın işğaldan azad edilmiş torpaqlarda ucaldılması ilə xalqımızın milli yaddaşına qızıl hərflərlə həkk olundu. Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda və digər bölgələrimizdə dalğalanan bayraq, Azərbaycanın ərazi bütövlüyünün və əbədi suverenliyinin təcəssümüdür.

Prezident İlham Əliyevin sözləri bu gün hər bir azərbaycanlının qəlbində əks-səda doğurur: “Bu gün Azərbaycan bayrağı ucalardan ucalarda dalğalanır. Bu bayraq müstəqil, güclü və qalib Azərbaycanın rəmzidir.”

9 Noyabr – Dövlət Bayrağı Günü ölkəmizin bütün bölgələrində dövlət səviyyəsində qeyd olunur. Hər il bu gün vətənpərvərlik tədbirləri, rəsmi mərasimlər, gənclərin iştirakı ilə keçirilən yürüşlər və aksiyalarla müşayiət olunur. Bu, Azərbaycan gəncliyinin dövlət rəmzlərinə sədaqətinin, Vətənə bağlılığının və milli ideologiyaya inamının bariz göstəricisidir.

Bu bayram həm də Azərbaycanın yüksəliş, güc və əzm ideyasının təcəssümüdür. Çünki bu gün dalğalanan üçrəngli bayraq, azadlıq uğrunda canından keçmiş şəhidlərimizin, Vətən yolunda mübarizə aparan igidlərin ruhuna ehtiramın nişanəsidir.

Dövlət Bayrağı – Azərbaycan dövlətçiliyinin, xalqın birliyinin və əbədi müstəqilliyimizin simvoludur.

Bu bayraq daim yüksəklərdə dalğalansın!

Yaşasın Azərbaycan! Yaşasın üçrəngli, ay-ulduzlu bayrağımız

Nigar Qocayeva, 
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi


9-11-2025, 13:25 687

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106